Page 129 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 129
Qaranlûq dökanlar kö÷ÿsi 129
Yeddimiz dә – çapar, Deniz, mәn, Gey Orlova, Freddi, Rubi-
roza vә qoca Corcadze – Nitsada arxayın addımlayırıq. Hamımız
ağ kostyumdayıq.
– Corcadze tindәki evdә yaşayırdı, lap Elzas-Lotaringiya
bağının yanında.
Göyә millәnmiş palmalar. Tәpәdәn sürüşәn uşaqlar. Evin
narıncı kәtan pәrdәli ağ fasadı. Pillәkәndәki qәhqәhәlәrimiz.
– Axşam sәnin dostun Rubiroza toyu qeyd elәmәk üçün bizim
hamımızı Eden-Roka şam yemәyinә apardı... Hә, yadına düşür?
O, nәfәsini ağır fiziki işdәn sonra çәkilәn nәfәs kimi dәrdi.
Adama elә gәlirdi ki, onu Freddi vә Gey Orlovanın kәbin
kәsdirdiyi, işıqlı vә qayğısız gәncliyimizin әn yaxşı günlәrindәn
birinin xatirәlәri yormuşdu.
– Qısası, – dedim, – biz sәninlә gör nә vaxtdan tanışıq...
– Hә... Amma mәn әvvәlcә Freddi ilә tanış oldum... Babasının
yanında çapar idim... Tәәssüf ki, çox çәkmәdi... Qoca hәr şeyini
itirdi...
– Bәs Gey Orlova... sәn bilirsәn ki...
– Bilirәm... Mәn ona yaxın yaşayırdım... Aliskan bağçasının
yanında...
Pәncәrәlәrindәn Gey Orlovanın Otey cıdır meydanının gözәl
mәnzәrәsinә tamaşa etdiyi yekә ev. Onun birinci әri Uoldo Blant
dedi ki, o, qocalıqdan qorxaraq, özünü öldürüb. Fikirlәşirәm ki,
hәmin o pәncәrәlәrdәn cıdır yarışlarına tez-tez baxırdı. Hәr gün
günortadan sonra onlarla at start götürüb ippodrom meydanıyla
qaçır vә hәrdәn sәddi aşa bilmәyәrәk yıxılırdılar. Amma elә sәddi
aşa bilәnlәr dә çox qaça bilmәzdi, uzaqbaşı bir-iki ay qaçarlar,
sonra da hәmişәlik yoxa çıxardı. Burda daim yeni-yeni atlar lazım
olurdu vә onlar köhnәlәrini sıxışdırıb, meydandan qovurdular. Vә
eyni şey ara vermәdәn, әbәdi tәkrar olunurdu – dәridәn-qabıqdan
çıxırsan, nәticә isә olmur. Belә bir mәnzәrә, baxanda mütlәq bir