Page 126 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 126
Ïàòðèê Ìîäèàíî

– Pedro...
Çiynimdәn tutdu.
– Pedro, bu sәnsәn? – Mәn cavab vermәyә cәsarәt etmirdim.
O, görünür, bir qәdәr utandı. – Bağışlayın, – dedi. – Siz Pedro
Makevoy deyilsiniz?
– Mәnәm, – cәld dedim. – Nә olub ki?
– Pedro, sәn... sәn tanımadın mәni?
– Yox.
Üzbәüz oturdu.
– Pedro... Mәn... Mәn Andre Vildmerәm... – O sarsılmışdı.
Əlimdәn tutdu. – Andre Vildmer... Çapar... Mәni xatırlamırsan?
– Bağışlayın, – dedim. – Mәnim yaddaşım korlanıb. Sizinlә
nә vaxt görüşmüşük?
– Sәn... sәn özün qәşәng bilirsәn axı... Mәn Freddiyәm...
Bu ad mәni sanki elektrik cәrәyanı kimi çarpdı. Çapar.
Valbrezdәki bağban mәnә bir çapar haqda danışmışdı.
– Qәribәdir, – dedim. – Bir nәfәr mәnә sizin barәnizdә
danışıb... Valbrezdә...
Onun gözlәri yaşla doldu. İçmişdi, ona görәydi, yoxsa
hәyәcanındanıydı?
– Qulaq as, Pedro... Sәn nәdir, Freddiylә birlikdә Valbrezә
getdiyimizi unutmusan bәyәm?..
– Dumanlı xatırlayıram. Valbrezdәki bağban mәnә elә bu
haqda danışırdı...
– Pedro... demәli, sәn sağsan, hә?
Əlimi möhkәm, ağrıyanacan sıxdı.
– Hә. Nәdir ki?
– Sәn... sәn Parisdәsәn?
– Hә. Burda nә var ki?
O, mәnә baxırdı, elә bil möhkәm sarsılmışdı. Sağ olduğuma
inana bilmirdi. Axı nә baş verib, görәsәn?
   121   122   123   124   125   126   127   128   129   130   131