Page 131 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 131
Qaranlûq dökanlar kö÷ÿsi 131

– Bilmirәm... Bir dәfә mәnә dedin ki, Rubirozanın katibisәn,
nәyisәn... Bir dә deyirdin ki, ora sәnin üçün etibarlı sığınacaqdır...
Rubinin avtomobil qәzasında hәlak olması yaman pis oldu...

Hә, pis oldu. Heç nә soruşa bilmәyәcәyim daha bir şahid.
– Söylә mәnә, Pedro... Freddi deyirdi ki, sәnin adın Pedro
Makevoy deyil... Sәnә saxta sәnәdlәri Rubi tapmışdı...
– Mәnim adım? Elә әsl adımı mәn dә bilmәk istәrdim.
Gülümsündüm ki, bunu zarafat kimi qәbul edә bilsin.
– Ferri bilirdi yәqin, axı siz kollecdәn dostluq edirdiniz...
Mәnim baş-beynimi aparırdı Luiza kollecindәn danışa-danışa...
– Kollec?..
– Hә, Luiza... Özün yaxşı bilirsәn... Mәzәlәnmә... Sizin әn se-
vimli әhvalatınız atanın sәnin dalınca maşında gәlmәsi idi.

Sürücülük vәsiqәsi hәlә olmasa da o, Freddiyә maşın sürmәyә
icazә vermişdi... “Mәnә bunu azı yüz dәfә danışmısınız.”

O, başını buladı. Demәli, mәnim Luiza kollecinә dalımca
gәlәn atam olub. Maraqlı tәfәrrüatdır.

– Bәs sәn? – soruşdum. – Yenә atlarla mәşğulsan?
– İndi mәn at sürmәk öyrәdirәm, Jivernidә bir manejә
düzәlmişәm...
Bunu elә ciddi dedi ki, tәәccüblәndim.
– Sәn axı bilirsәn, o bәdbәxt hadisәdәn sonra hәr şey
kәllәmayallaq oldu... – Hansı bәdbәxt hadisәni deyirdi? Soruşmağa
cәsarәt etmirdim... – Sizinlә Mejevә gedәndә – sәn, Deniz, Freddi
vә Gey, artıq işlәr yaxşı deyildi... Mәn mәşqçi yerimi itirdim...
Onlar mәnim ingilis olmağımdan qorxmuşdu... Ancaq fransız
lazım idi onlara...
İngilis? Hә. O, yüngül bir lәhcәylә danışırdı, amma onu
indiyә kimi, demәk olar ki, hiss etmәmişdim. “Mejev” kәlmәsini
deyәndә qәlbim küt bir sәslә çırpındı.
   126   127   128   129   130   131   132   133   134   135   136