Page 128 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 128
Ïàòðèê Ìîäèàíî

– Əlbәttә, Gey Orlova ilә... Daha kimlә evlәnәcәkdi ki!
Freddinin toyu mәndә heç bir tәәssürat oyatmadığından aşkar
dilxor olmuşdu.
– Nitsada... Rus kilsәsindә... Kәbin... Vәtәndaş nikahı olmadan...
– Hansı rus kilsәsindә?
– Balaca başı olan kilsәdә...
Hüttenin öz mәktubunda dediyi kilsәdә? Qәribә tәsadüflәr
olur da...
– Əlbәttә, – dedim, – әlbәttә... Lonşan küçәsindәki rus kilsәsi...
Bağı da vardı, kitabxanası da...
– Hә, demәli, yadındadır? Biz dördümüz şahid idik... Geylә
Freddinin başı üstündә çәlәnglәr tutmuşduq...
– Dördümüz?
– Hә dә... sәn, mәn, Geyin babası...
– Qoca Corcadze?
– Hә dә, Corcadze...
Geylә, qoca Corcadze ilә fotoşәkil dә, yәqin, elә o münasibәtlә
çәkilmişdi. Gәrәk ona göstәrim...
– Dördüncü şahid isә sәnin dostun Rubiroza idi...
– Kim?
– Dostun Rubiroza... Porfirio... Dominikan diplomatı...
O hәmin bu Porfirio Rubirozanı xatırlayıb, gülümsündü. Do-
minikan diplomatı. Bәlkә dә mәn missiyada elә onu әvәz edirdim.
– Sonra biz qoca Corcadzegilә getdik...
Mәn birdәn günorta çağı, Nitsada, çinarlı küçәdә necә
getdiyimizi gördüm. Günәş par-par yanırdı.
– Deniz dә orada idi?
O çiyinlәrini çәkdi:
– Əlbәttә... Yox, sәn doğrudan heç nә xatırlamırsan...
   123   124   125   126   127   128   129   130   131   132   133