Page 125 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 125
Qaranlûq dökanlar kö÷ÿsi 125

ev, salxımsöyüd, ağ çәpәr, üzbәüzdәki protestant kilsәsi vә orda,
aşağıda “Robin Qud” restoranı gözlәrinin qabağındadır. Başqalarına
heç bәnzәmәyәn bir bazar gününü – kirvәlәrinin onun dalınca
gәlmәsini xatırlayır.

O qadın barәdә heç nә bilmir vә yadında qalan yalnız adıdır –
Deniz. Üstüaçıq maşını vardı. Hәmin bazar günü qarasaç bir
kişiylә gәlmişdi. Onlar üçlükdә dondurma yeyir, qayıqda gәzirdilәr,
axşam, Jui-an-Jozaya qayıdanda isә maşını yarmarkada saxladılar.
Hәmin bu Denizlә, kirvәsiylә onlar skuterә minmişdilәr, qarasaç
kişi isә onlara tamaşa edirdi.

İstәrdi ki, onlar haqda daha çox bilsin. Adlarını, soyadlarını.
Harda yaşayırdılar? Sonra başlarına nә gәldi? Tramvay Errasurislә
Serro Aleqre mәhәllәsinә qalxarkәn bu sualları daim özünә verir.

33

Hәmin axşam mәn bir zamanlar Hütte ilә gәldiyim baqqal
dükanındakı barda, masa arxasında oturmuşdum, – düz Agentliklә
üzbәüz, Noel avenyusunda. Piştaxta arxasındakı rәflәrdә ekzotik
mәhsullar qoyulmuşdu: müxtәlif çay növlәri, rahatluqum, gül
mürәbbәsi, Baltika siyәnәyi. Barın daimi müştәrilәri, keçmiş
çaparlar ötәn günlәrini xatırlayır, bir-birinә yarışlarda artıq çoxdan
iştirak etmәyәn cıdır atlarının nimdaş fotoşәkillәrini göstәrirdilәr.

Piştaxtanın yanında durmuş iki kişi asta sәslә söhbәt edirdi.
Onlardan biri az qala topuğuna çatan, xәzәl rәngdә palto geymişdi.
Müştәrilәrdәn çoxu kimi, o da bәstәboy idi. Deyәsәn, giriş
qapısının üstündәki saata baxmaq üçün çöndü vә baxışlarımız
toqquşdu.

Sifәtinin rәngi ölü rәnginә döndü. Ağzını ayırıb gözlәrini
bәrәldәrәk mәnә zillәndi.

Sonra qaş-qabağını töküb yavaşca yaxınlaşdı. Masamın
qarşısında durdu.
   120   121   122   123   124   125   126   127   128   129   130