Page 124 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 124
Ïàòðèê Ìîäèàíî

Amma artıq xatırlamıram ki, hәmin axşam mәnim adım nә
idi – Cimmi, yoxsa Pedro; Stern, yoxsa Makevoy...

32

Valparaiso. O, tramvayın arxa meydançasında, pәncәrәnin
yanında, sәrnişinlәr içindә sıxılaraq, qara eynәkli, balacaboy
adamla sifәtindәn mumiyaya bәnzәyәn, yasәmәn әtri verәn
qarasaç qadının arasında durub.

Tezliklә onların hamısı Eçaurren dayanacağında düşәcәklәr
vә onda otura bilәcәk. O, Valparaisoya hәftәdә yalnız iki dәfә,
alış-verişә gedir, çünki tәpәlәrdә, Serro Aleqre mәhәllәsindә
yaşayır. Orada, balet mәktәbi tәşkil etdiyi bir evi kirayәlәyib.

Parisi beş il qabaq tәrk etdiyinә tәәssüflәnmir, – ayağı topuqdan
sınandan sonra öyrәndi ki, daha rәqs edә bilmәyәcәk. Elә onda
qәrara aldı getmәyi vә hәyatında o zamanadәk nә olubsa, hamısının
üstündәn bir xәtt çәkdi. Bәs niyә Valparaiso? Çünki burda heç
olmasa, bir nәfәri tanıyırdı – balet truppasının keçmiş rәqqası
Kuevası.

O, Avropaya qayıtmaq istәmir. Ömürlük burda, tәpәlәrin
başında yaşayacaq, özünün balet mәktәbindә dәrs verәcәk vә
nәhayәt ki, divardan asdığı köhnә fotoşәkillәri – polkovnik Bazilin
truppasında çıxış etdiyi zamanların fotoşәkillәrini unudacaq.

O, bәdbәxt hadisә baş verәnәdәk yaşadığı hәyatı nadir hallarda
xatırlayır. Onun başında hәr şey qarışıb. Adları, yerlәri, tarixlәri
sәhv salır. Amma bir xatirә beynindә daim oyanır, hәftәdә iki
dәfә, hәmişә eyni zaman vә mәkanda, – bütün qalanlarından
daha dәqiq bir xatirә.

Bu, tramvay elә bu gün axşamkı kimi, Errasuris prospektinin
aşağı hissәsindә dayananda baş verir. Kölgәlik, yanında ağaclar
әkilmiş, dik yoxuşa qalxan prospekt ona uşaqlıqda yaşadığı Jui-
an-Joza küçәsini xatırladırdı. Doktor Kursen küçәsinin tinindәki
   119   120   121   122   123   124   125   126   127   128   129