Page 137 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 137
Qaranlûq dökanlar kö÷ÿsi 137
– Buranın keçmiş şagirdi kimi, hansısa izlәr tapa bilsәydim,
mәnә çox xoş olardı, – dedim.
– Başa düşürәm. Çox tәәssüf...
– Bәs kollec necә olacaq?
– Hәrracda satacaqlar hәr şeyi.
Əlinin hәrәkәtiylә çәmәnliyә, korta, hovuza işarә elәdi.
– Sinif otaqlarına, dortuarlara sonuncu dәfә baxmaq istәmirsiniz?
– Yox, narahat olmayın.
O, pencәyinin cibindәn qәlyan çıxardı, ağzına qoydu. Bayaqkı
kimi pәncәrәnin qabağındaydıq.
– Bәs sol tәrәfdәki o taxta binada nә vardı?
– Soyunub-geyinmә otağıydı, müsyö. Orda idman dәrsi üçün
uşaqlar paltarlarını dәyişirdi...
– Hә, elәdir... Biz formada gәlirdik?
– Yox, müsyö. Yalnız şam edәndә, bir dә bazar günlәri tünd-
göy bleyzer geymәk vacib idi.
Pәncәrәyә daha da yaxınlaşdım. Alnımı şüşәyә dirәdim.
Aşağıda, ağ binanın qarşısında çınqıl sәpilmiş meydança vardı,
amma daşların arasından artıq adda-budda alaq otları boy vermişdi.
Xәyalımda özümüzü – Freddiylә özümü hәmin bleyzerdә asanlıqla
canlandırdım. Vә bizi birgünlük aparmaq üçün bir dәfә bura
gәlәn insanın – atamın görünüşünü, onun maşından düşüb bizә
necә yaxınlaşmasını tәsәvvür etmәyә çalışdım.
36
“Madam E.Kaqan, 22 noyabr 1965.
Nitsa, Pikardi küçәsi 22.
Bu mәktubu Sizә müsyö Hüttenin xahişiylә yazıram ki, Oleq
de Vrede adlanan şәxs barәdә bildiklәrimi çatdırım – baxmayaraq
ki, bu xoşagәlmәz hadisәlәrә qayıtmaq mәnim üçün ağır işdir.