Page 141 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 141
Qaranlûq dökanlar kö÷ÿsi 141
Sonra Denizin yanına; 7-ci Eduard küçәsinә; onun holland
dostu Van Allenin modalar atelyesi düzәltdiyi mәnzilә getdim:
ikinci mәrtәbәdә yerlәşirdi, düz “Sentra”nın üstündә. Bu, ya-
dımdadır, çünki Denizlә orda tez-tez olurduq, – yarımzirzәmidә
yerlәşәn bu barın aşağı zalından küçәyә başqa qapı açılırdı. Mә-
nә elә gәlir ki, o vaxt Parisdәki bütün ikiçıxışlı tәsisatları, evlәri
tanıyırdım.
Bu kiçik modalar atelyesindә elә Qoş avenyusunun qәlәbәliyi
vardı, hәlә bәlkә ondan da artıq. Van Allen yay kolleksiyasını
hazırlayırdı vә onun enerjisinә, nikbinliyinә valeh olurdum, çünki
hәyatımıza yayın bir daha gәlәcәyinә heç inamım yox idi. O,
yüngül, bәyaz parçadan tikilmiş paltarı qarasaç bir qızın әynindә
yoxlayırdı, digәr maneken qızlar da gah soyunub-geyinmә
kabinәlәrinin qarşısında görünür, gah gözdәn itirdilәr. Bir neçә
nәfәr 15-ci Lüdovik üslubunda, üstünә parça qırıntıları, müxtәlif
eskizlәr tökülmüş yazı masasının yanında durub nәyisә müzakirә
edirdilәr. Otağın küncündә Deniz tәxminәn әlli yaşında sarışın
qadın vә qara, dalğalı saçları olan cavan oğlanla söhbәt edirdi.
Mәn onların söhbәtinә müdaxilә elәdim. Onlar Lacivәrd sahilә
gedirdilәr. Ümumi sәs-küydә danışdıqlarımızı artıq demәk olar
ki, eşitmirdik. Şampan bakallarını nә münasibәtlә әldәn-әlә
ötürdüklәri dә bәlli deyildi.
Denizlә dәhlizә keçdik. Van Allen bizi ötürmәyә çıxdı. Qapıdan
başını çıxarıb, bizә uğur arzulayaraq hava öpüşlәri yollayanda
onun açıq-mavi gözlәrini, tәbәssümünü yaxşı xatırlayıram.
Sonuncu dәfә Denizlә Kambaseres küçәsindәn keçdik. Artıq
baqajımızı yığmışdıq, çamadan vә iki dәri çanta bizi qonaq
otağındakı böyük masanın yanında gözlәyirdi. Deniz pәncәrәlәrin
taxtalarını bağladı, pәrdәlәri çәkdi. Tikiş makinasını qabına qoydu
vә dәrzi manekeninә sancaqlanmış ağ kәtan parçanı çıxardı. Mәn
bu otaqda keçirdiyimiz axşamlar barәdә düşünürdüm. O, Van