Page 146 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 146
Ïàòðèê Ìîäèàíî
damcıları, tәrlәmiş şüşәdәn әllә silmәk mümkün olmayan yapışqan
rütubәt qalacaq. Bu dumanda sürücü sәmti necә tapır görәsәn?
Deniz başını çiynimә söykәyib mürgülәyirdi.
Avtobus meriyanın qarşısındakı meydanın ortasında dayandı.
Freddi baqajı orda dayanmış xizәkli arabaya yüklәmәyi tapşırdı
vә biz kilsәnin yanındakı baqqal dükanına isti bir şey içmәk
üçün girdik. Elә indicә açılmışdı vә dükanın bizә qulluq edәn
sahibәsi belә tezdәn gәlmiş müştәrilәrә yaman tәәccüblәndi.
Bәlkә Gey Orlovanın lәhcәsi vә bizim şәhәrli görkәmimizdi onu
tәәccüblәndirәn? Vildmer hәr şeyә heyran qalmışdı. O heç vaxt
dağlarda olmamışdı, qış idman növlәriylә mәşğul deyildi. Alnını
şüşәyә dirәyib heyranlıqdan donmuş gözünü çәkmәdәn müharibә
qurbanlarının abidәsinә vә Mejev meriyasına yağan qara baxırdı.
Sonra Vildmer dükan sahibәsindәn soruşdu ki, kanat yolu necә
işlәyir vә burda xizәk mәktәbinә yazılmaq olarmı.
Alp dağlarında şale adlandırılan bu kiçik qonaq evinin adı
“Cәnub xaçı” idi. Geniş, başdan-ayağa tünd ağacdan inşa olunmuş,
yaşıl pәncәrәli tikiliydi. Deyәsәn, Freddi onu parisli dostlarından
kirayә elәmişdi. Ev yolun iti döngәlәrindәn biri üzәrindә ucalırdı,
lakin ağ şamlar onun qarşısını pәrdә kimi kәsirdi. Evә ilan kimi
dolanan cığır gәlirdi. Yol da harasa qalxırdı, amma hara qalxdığını
aydınlaşdırmağa qurtdanqucluğum yetmәdi.
Denizlә mәnim yataq otağım ikinci mәrtәbәdәydi vә pәncәrәdәn,
ağ şamların başının üstündәn bütün Mejevin mәnzәrәsi açılırdı.
Mәn aydın havada kilsәnin zәng qüllәsini, Roşbrüonun әtәklәrindәki
mehmanxananın qarşısındakı sarı lәkәni, avtostansiyanı vә lap
uzaqda konki meydançasıyla qәbiristanı da seçmәyi öyrәndim.
Freddi vә Gey Orlova birinci mәrtәbәdә, qonaq otağının yanındakı
yataq otağını tutmuşdular, Vildmerin otağına keçmәk üçünsә daha
bir mәrtәbә enmәk lazım idi – o lap aşağıda yerlәşirdi vә illüminator