Page 150 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 150
Ïàòðèê Ìîäèàíî
Biz onların iki-üç dostu ilә bilyard oynayırdıq. Hamıdan yaxşı
Deniz oynayırdı. Mәn onu görürәm – necә dә incәdir, әlindә
bilyard kiyi... onun nәcib asiyalı sifәti, açıq rәngli gözlәri vә
uzun, düz belinә çatan dalğalı, mis rәngdә saçları... O, Freddinin
verdiyi qırmızı sviteri geyirdi.
Biz gecәdәn xeyli keçәnә kimi Jorjla, onun arvadıyla
söhbәtlәşirdik. Jorj deyirdi ki, yaxın günlәrdәn birindә mütlәq
nәsә bir münaqişә olacaq vә onda sәnәdlәri yoxlamağa
başlayacaqlar, çünki Mejevә dincәlmәyә gәlәnlәrin әksәriyyәti
burda әyyaşlıqla mәşğul olur vә bununla da diqqәti özlәrinә cәlb
edirlәr. Biz onlar kimi deyilik. Bir şey olsa, onun özü dә, arvadı
da bizim qayğımıza qalacaqlar...
Deniz mәnә etiraf etdi ki, Jorj onun atasına oxşayır. Tez-tez
kamin yandırırdıq. Bax, tam hüzur içindә keçәn vә insan
sәmimiyyәtiylә dolu saatlarımız belәcә ötürdü vә bizә elә gәlirdi
ki, özümüzә bir ailә tapmışıq.
Hәrdәn olurdu ki, hamı gedir, Denizlә mәn “Cәnub xaçı”nda
tәk qalırdıq. Onda şale bizimki olurdu. Mәn aşağıdakı kәndә
tamaşa etdiyimiz o şәffaf gecәlәri bir dә yaşamaq istәrdim –
qarın üstündә onun konturları dәqiq görünür vә kәnd kiçik bir
oyuncağa bәnzәyirdi, eynәn Milad vaxtı vitrinlәrdә düzәltdiklәri
kәndlәrә. O gecәlәrdә hәr şey sadә, aydın idi vә biz gәlәcәyimizlә
bağlı xәyallar qururduq. Burda binә quracağıq, uşaqlarımız kәnd
mәktәbinә gedәcәklәr vә yay bizim üçün bağda otlayan sürünün
zınqırovunun sәsiylә gәlәcәk... Biz heç nәdәn qorxmadan
yaşayacağıq – xoşbәxt vә hüzur içindә.
Lakin gecәlәr qar yağanda mәnә elә gәlirdi ki, boğuluram.
Denizlә mәn heç vaxt qurtula bilmәyәcәyik. Biz o düzәnlәrin
әsiriyik vә yavaş-yavaş qar örtüyünün altına gömülәcәyik. Üfüqü
tutan dağlardan çox, adamın ruhunu nә әzә bilәr ki... Mәnim