Page 152 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 152
Ïàòðèê Ìîäèàíî
çalırdı vә mәn Freddini inandırmağa çalışırdım ki, bu zәnglәr
diqqәti gec-tez bizә cәlb edәcәk, amma hәm o, hәm dә Vildmer
ehtiyatını tam әldәn vermişdi.
Vә mәhz bu Kirillә arvadı bir axşam bizә Bob Besson vә Oleq
de Vrede adlı birisini gәtirdilәr. Besson xizәk mәşqçisi idi vә
müştәrilәri arasında mәşhur adamlara da rast gәlmәk olardı. O,
tramplindәn tullanırdı, dәfәlәrlә yıxılıb zәdә almışdı, bütün sifәti
çapıq-çapıq idi. Yüngülcә axsayırdı. Bәstәboy, qara saçları olan bu
nataraz adam, әslәn dә elә Mejevdәn idi. İçirdi, amma düzünü
desәm, bu, sәhәr sәkkiz tamamda xizәk taxmasına qәtiyyәn mane
olmurdu. Mәşqçilik fәaliyyәtindәn başqa o, tәchizat xidmәtindә
nәsә bir vәzifә dә tuturdu vә elә buna görә ixtiyarında maşın vardı
– hәlә Salanş vağzalında gördüyümüz hәmin o qara maşın. Vrede,
Gey Orlovanın artıq Parisdәn tanıdığı rus әsilli cavan oğlan Mejevә
tez-tez gәlirdi. O, anladığım qәdәrincә, yaşamaq üçün min oyundan
çıxır, avtomobillәrә tәkәr vә ehtiyat hissәlәri alıb-satırdı... O da
bizim şaledәn Parisә zәng vururdu vә mәn eşidirdim ki, hәmişә
“Kometa” adlanan bir qaraja qoşulmasını xahiş edir.
Hәmin axşam mәn niyә Vrede ilә söhbәtә başladım? Bәlkә dә
ona görә ki, o, ünsiyyәtdә çox xoşagәlәn idi. Onun açıq baxışları
vә üzündәki sevincәk-bәsit ifadәyә qanım qaynayırdı. Hәr şeyә
gülürdü. Hamıya qarşı fövqәladә diqqәtli idi vә elә hey soruşurdu:
“Özünüzü yaxşı hiss edirsiniz?”, “Bir şey istәmirsiniz?”, “Bәlkә
divanda әylәşәsiniz, ora stuldan rahatdır” vә “Bu gecә yaxşı
yatmısınızmı?”... Vә bir dә onun mәxsusi dinlәmәk manerası
vardı – o sadәcә olaraq, sizin hәr sözünüzü havada qapır, diqqәtlә
baxırdı – sanki ona gәlәcәyini söylәyәn bir orakula qulaq asırdı.
Vrede bizim hansı vәziyyәtdә olduğumuzu anladı vә o dәqiqә
soruşdu ki, “bu dağlarda çoxmu qalmaq fikrindәyik?” Vә mәn
“bizim başqa çıxış yolumuz yoxdur”, cavabını verәndә sәsini