Page 157 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 157
Qaranlûq dökanlar kö÷ÿsi 157

Avtobus bizdәn iyirmi metr arxada gәlirdi. Açıq-mavi avtobus.
– O bir rusla möhkәm dostluq edirdi, hә? – deyә soruşdum.
– Rusla? Besson rusla dostluq edirdi? – O, başa düşmürdü ki,
nә demәk istәyirәm.
– Bilirsiz, Besson ümumiyyәtlә heç cәlbedici adam deyildi...
Nә edәcәyini heç vaxt bilmәzdin...
Mәn anladım ki, daha Besson barәdә bir kәlmә dә demәyәcәk.
– Mejevdә “Cәnub Xaçı” adlı şale var?
– “Cәnub Xaçı”? Burda adı elә olan çoxlu şale var...
Yenә qutunu mәnә uzatdı. Birini dә götürdüm.
– Mәn dediyim lap yolun üstündәydi.
– Hansı yolun?
Doğrudan ha – hansı yolun? Mәnim yaddaşımda peyda olan
yol bütün dağ yollarına bәnzәyirdi. Necә tapım onu? Şalenin özü
bәlkә dә daha yoxdur... Lap olsa da...
Mәn sürücüyә sarı әyildim. Çәnәm gödәkcәsinin xәz yaxalığına
toxundu.
– Mәni geriyә qaytarın, Salanş vağzalına, – dedim.
O çöndü. Yaman tәәccüblәnmiş kimi görünürdü.
– Necә istәyirsiniz, müsyö.

39

“Obyekt: HOVARD DE LÜTS, Alfred Jan.
Anadan olub: Port-Lui (Mavriki adası), 30 iyul 1912-ci ildә,
HOVARD DE LÜTS Jozef Simeti ilә qızlıq soyadı FUKERO
olan Luizadan.
Tәbәәliyi: Britaniya (Amerika).
Müsyö Hovard de Lüts aşağıdakı ünvanlarda yaşayıb:
Sen-Lazar qәsri, Valbrez(Orn);
Reynuar küçәsi, 23, Paris (16);
Hotel “Şatobrian”, Sirk küçәsi, 18, Paris (8);
   152   153   154   155   156   157   158   159   160   161   162