Page 159 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 159
Qaranlûq dökanlar kö÷ÿsi 159

Yalnız mәnim hәyatımmı? Yoxsa cildinә girdiyim başqa bir
adamın?

Mәn Sizә ordan da yazacam.
Ümidvaram, Nitsada işlәriniz yaxşı olar vә Siz can atdığınız
kitabxanaya keçә bilәrsiniz. – Hәr şeyiylә uşaqlığınızı xatırladan
kitabxanaya”.

41

“OTEY 54-73: “KOMETA” QARAJI, Fuko küçәsi, 5, Paris
(16)”.

42

Küçә Trokadero bağlarının qarşısındakı sahilә çıxır, mәncә,
bir dәfә evlәrinә ötürdüyüm Amerika pianoçusu Uoldo Blant
mәhz burda yaşayır, – o, Gey Orlovanın birinci әri olub.

Böyük dәmir qapının necә paslandığından nәticә çıxarsaq, bu
qaraj çoxdan bağlıdır. Göy hәrflәr solub silinsә dә qapının üstündә,
boz divardakı yazı hәlә ölüm-zülüm oxunurdu: “KOMETA QARAJI”.

İkinci mәrtәbәdә, sağda narıncı pәrdәsi endirilmiş bir pәncәrә
var. Yataq otağıdır? Kontordur? Necә bilim? Tәrk olunmuş bir
binanın qarşısında duranda adama hәr şey elә әlçatmaz, uzaq
gәlir ki...

Geriyә döndüm, amma sahildә lәngidim. Mәn yoldan ötәn
maşınlara, Senanın qarşı sahilindә, Mars çölü tәrәfdә işıqlara ta-
maşa edirdim. Ola bilәr ki, hәyatımın hansısa bir parçası orda,
Trokadero bağları yaxınlığındakı kiçicik mәnzildә yaşamağa da-
vam edir vә bәlkә dә hәmin zamanlar orda olmuş kimlәrsә mәni
hәlә xatırlayır.

43

Rüd vә Sayqon küçәlәrinin tinindәki evin birinci mәrtәbәsindә
pәncәrә qabağında bir qadın durub. Günәşli gündür. Bir qәdәr
   154   155   156   157   158   159   160   161   162   163   164