Page 164 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 164
Bu sahildә nә qәdәr durduğumu bilmәdim. Freddi barәdә
fikirlәşirdim. Yox, әlbәttә ki, o, dәnizdә itmәyib. O, yәqin, әl-
ayağını bağlayan bütün kәndirlәri birdәfәlik kәsәrәk atolların
hansındasa gizlәnib. Axırda necә olsa tapacam onu. Vә bir dә
mәn sonuncu cәhdimi etmәliyәm axı – Romaya, Qaranlıq Dükanlar
küçәsi ev 2-yә getmәliyәm, nә vaxtsa yaşadığım evә.

Hava qaralırdı. Körfәz aramla zülmәtә qәrq olub sönürdü,
onun parlaq yaşılı sola-sola gedirdi. Suda hәlә adda-budda işıq
vardı vә yüngül bәnövşәyi-boz kölgәlәr onun üzündә sürünürdü.

Mәn Freddiyә göstәrmәk istәdiyim şәkillәri cibimdәn qeyri-
iradi çıxardım, – onların arasında Gey Orlovanın uşaqlıq fotosu da
vardı. İndiyә qәdәr fikir vermәmişdim ki, şәkildәki uşaq ağlayırmış.
Bunu, onun çatılı qaşlarından anladım. Düşüncәlәr mәni bir anlıq
bu sahildәn uzaqlara, dünyanın o biri başına, Rusiyanın cәnubuna,
bu şәklin kim bilir, nә vaxt çәkildiyi kurort şәhәrinә apardı. Balaca
qız axşamın alatoranında anasıyla bir yerdә dәnizdәn qayıdır.
Ağlayır – heç bir sәbәb olmadan. İstәdiyi sadәcә bir az da
oynamaqdır. Getdikcә uzaqlaşırlar. Budur, artıq tini buruldular...
Bәs bizim hәyatlarımız necә, onlar da axşamın alatoranında eynәn
elә uşaq incikliyi kimi, tez dağılıb yox olmur bәyәm?
   159   160   161   162   163   164   165   166   167   168   169