Page 168 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 168
Ïàòðèê Ìîäèàíî
Əlcәzair hadisәlәri ilә әlaqәdar bütün yolayrıclarında jandarm
dәstәlәri dayanırdı.
Bu rayonda 1965-ci ilin qışında da olmuşdum; mәnim o
vaxtkı rәfiqәm Şampyonne küçәsindә yaşayırdı. Qızın telefon
nömrәsi indiyәcәn dә yadımdadır: Ornano 49-20.
Bazar günlәri kazarmanın böyründәn tez-tәlәsik ötüb-keçәn
insan axını o vaxtacan yәqin, gonbul fotoqrafı da sel kimi ağzına
alıb aparmışdı. Bәlkә ordaydı yenә? Hәr halda, mәn bircә dәfә
dә olsun gedib baxmadım.
Bәs kimlәr idi bu kazarmada yaşayanlar? Kimdәnsә eşitmişdim
ki, orda müstәmlәkә qoşunları yerlәşir.
1956-cı ilin yanvarı. Axşamüstü saat altıya yaxın Ornano
bulvarıyla Şampyonne küçәsinin kәsişmәsindә hava qaralmağa
başlayırdı. Mәn heç kәs idim; mәn bu toranlığın içindә, bu balaca
vә qaranlıq küçәlәrdә әriyib yoxa çıxırdım.
Adı “Hәmişә süzürәm” mәnasını verәn “Vers-Tujur” kafеsi –
cütrәqәmli tәrәflә gedәndә Ornano bulvarının qurtaracağındakı әn
axırıncı kafe idi. Sol tәrәfdә, Ney bulvarının tinindә musiqi avtomatı
olan daha bir kafe vardı. Bir aptek, bir cüt kafe dә Ornano bulvarıyla
Şampyonne küçәsinin düz kәsişmәsindә yerlәşirdi. Hamısından
köhnә olan başqa bir kafe isә Düesm küçәsinin tinindәydi.
Bu kafelәrdә mәn nә qәdәr oturub gözlәmişdim, nә qәdәr
vaxt keçirmişdim? Gah sәhәr erkәn, hәlә heç hava açılmamış;
gah şәr qarışan vaxtın toranlığında, gah da lap gec, оturduğum
kafe artıq bağlanmaq әrәfәsindә olarkәn…
Hәr bazar axşamı Şampyonne küçәsindәki uşaq bağçasının
yanında qara rәngli bir idman maşını – deyәsәn, “Yaquar” –
dayanardı. Arxa tәrәfindә xüsusi lövhәciyi dә vardı: “M.Ə.”
Yәni, müharibә әlili. Bu mәhәllәdә belә bir maşın – nәsә qәribә
şey idi vә mәn hәmişә düşünürdüm: maraqlıdır, görәsәn, maşın
sahibinin görkәmi necәdir?