Page 172 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 172
Ïàòðèê Ìîäèàíî

Mәktәblәrdәn hәr birinin direktorunun adına mәktub yazıb xahiş
etdim ki, cәdvәllәrdә onun soyadını axtarsınlar:

Ferdinand-Flokon küçәsi, 8;
Ermel küçәsi, 20;
Şampyonne küçәsi, 7;
Klinyankur küçәsi, 61.

Direktorların hamısı mәnә cavab yazdı, di gәl ki, heç biri
Brüder soyadını müharibәdәn әvvәlki illәrin siyahısında tapmamışdı.
Az sonra Şampyonne küçәsindәki 69 nömrәli evdә yerlәşmiş
Qızlar mәktәbinin direktoru arxivlәrә gәlib özümün baxmağımı
tәklif etdi. Yәqin ki, nә vaxtsa mütlәq baş çәkib baxacam;
hәlәliksә qәrara gәlә bilmirәm. Amma Doranın adını orda
tapacağıma elә ümid edirәm ki! Hәr halda, hәmin mәktәb Dora
Brüderin evinә әn yaxınıydı.

Onun dәqiq doğum tarixini öyrәnmәyә dörd il vaxt sәrf edib,
axırda buna müvәffәq oldum: 25 fevral 1926-cı il.

İki ilim dә ona getdi ki, Doranın doğulduğu yeri müәyyәnlәş-
dirim: Paris, II dairә. Amma sәbir mәsәlәsindә heç kәsә ehtiyacım
yoxdur: mәn yağışın altında saatlarla gözlәmәyi bacarıram.

1996-cı ilin fevral günlәrinin birindә XII dairәnin meriyasına,
vәtәndaşlıq vәziyyәti aktlarının qeydiyyatı şöbәsinә gәldim.
Cümә günüydü. Cavan bir oğlan olan şöbә xidmәtçisi doldurmaq
üçün mәnә bir blank uzatdı.

“Göstәrin – Sizin:
Adınız
Soyadınız
Ünvanınız
Xahiş edirәm mәnә doğum haqqında şәhadәtnamәnin surәtini
verәsiniz:
Soyadı: BRÜDER
   167   168   169   170   171   172   173   174   175   176   177