Page 170 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 170
Ïàòðèê Ìîäèàíî
yanındakı Biloşin bazarına gedәndә mәn on iki yaşındaydım;
yadımdadır ki, orda bir polyak yәhudisi vardı. Çamadan satırdı –
ya sağ tәrәfdә, dükanların arasındakı xiyabanlardan birinin bәri
başında, ya Malik bazarında, ya da Vernezonda... Satdığı
çamadanların bahalısı da vardı, ucuzu da; adi dәri çamadanlar da
satırdı, karton çamadanlar da. Hәtta timsah dәrisindәn olanlar da
vardı. Hansından istәsәn. Sakvoyaj da satırdı, üstündә transatlantik
şirkәtin yarlığı olan yol sandıqları da. Hamısı üst-üstә qalaqlanmışdı.
Dükanı açıq havadaydı. Özünün dә heç vaxt damağından siqaret
әskik olmazdı – haçan baxsan ağzının qırağında siqaret kötüyü
görәrdin, hәlә bir dәfә mәni dә siqaretә qonaq elәmişdi.
Ornano bulvarında hәrdәn mәnim kinoya getmәyim dә olurdu
– bulvarın lap axırına, “Vers-Tujur” kafesiylә yanaşı olan
“Klinyankurpalas”a gedirdim. Ornano 43-ә dә gedirdim. Sonradan
öyrәndim ki, Ornano 43-dәki kinoteatr çox köhnәymiş. Bu evi
otuzuncu illәrdә söküb tәzәdәn tikmişdilәr, hәm dә gәmiyә
oxşatmışdılar. Hәmin yerlәrә 1996-cı ildә yenidәn baş çәkdim.
Kinoteatrın yerindә mağaza vardı. Ermel küçәsini kәsib keçәndә
Ornano bulvarındakı 41 nömrәli evin düz üstünә çıxırdın – Dora
Brüderin axtarış elanında da mәhz bu ünvan göstәrilmişdi.
XIX әsrin sonlarında inşa olunmuş beşmәrtәbә ev. 39 nömrәli
evә bitişik kimi görünәn bu bina Ornano bulvarıyla hәr iki evin
arxasından keçәn küçәlәrin – Ermel vә Simplonun başlanğıcı
arasında mәhәllә yaradır. Evlәr bir-birinә çox oxşayır. 39 nömrәli
evin üzәrindә arxitektorun adı vә tarix yazılıb: Pyerfe – 1881.
Yәqin bu, 41 nömrәli evә dә aiddir.
Müharibәdәn әvvәl vә sonra, әllinci illәrin әvvәlinә kimi
Ornano bulvarındakı 41 nömrәli evdә, otuz doqquz nömrәli
evdәki kimi, mehmanxana olub, adı da – “Qızıl şir”. 39 nömrәli
evdә müharibәyә qәdәr bir restoran-bar varmış; sahibinin dә adı
– Qazal. Amma 41 nömrәli evdәki mehmanxananın adı necәydi