Page 169 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 169
Äîðà Áðöäåð 169
Axşam saat doqquzdan sonra bulvar tәdricәn boşalırdı.
Metronun “Simplon” stansiyası lap indiki kimi yadımdadır,
stansiyanın düz qәnşәrindә isә kinoya giriş qapısının lövhәsi
işıqlanırdı – Ornano 43. Ondan irәlidәki 41 nömrәli evә mәn heç
vaxt diqqәt yetirmәzdim, halbuki, yanından keçmәdiyim ay
olmurdu. Özü dә bir il yox, illәr uzunu onun böyründәn keçib-
getmişdim – 1965-ci ildәn 1968-ci ilәdәk.
“İstәnilәn mәlumatın Brüderlәrә çatdırılması xahiş olunur.
Paris, Ornano bulvarı, 41”
Dünәn vә bu gün.
Mәn dönüb, ötәn illәrә boylanıram, intәhası yaddaşımda
hamısı bir-birinә qarışır; bir qış o biri qışın üstünә qalanır –
1965-ci ilin qışı, bir dә 1942-ci ilin qışı.
1965-ci ildә mәn Dora Brüderin barәsindә heç nә bilmirdim.
Amma bu gün, üstündәn otuz il ötәndәn sonra, mәnә elә gәlir ki,
nә Ornano ayrıcındakı kafedә hәmin o gözlәmәlәr, nә dә eyni
marşrutlar üzrә hәmin o piyada gәzişmәlәr tәsadüfi deyilmiş;
yox, qәtiyyәn tәsadüfi deyilmiş. Hәmişә eyni istiqamәt, hәmişә
eyni marşrut – Mon-Seni küçәsiylә gәzә-gәzә gedib, sonra
Monmartrdakı mehmanxanalardan birinә qayıtmaq. Tutaq ki,
“Roma” hotelinә, yaxud “Alsina”ya. Ya da Klinyankur küçәsindәki
“Terras” mehmanxanasına. Bir dә yaddaşımda ilişib qalan ötәri
xatirәlәr: yaz gecәsi, Klinyankur bağındakı ağacların altında
kimlәrinsә bәrkdәn eşidilәn sәslәri; sonra yenә qış fәsli – ancaq
indi mәn geriyә addımlayıram, “Simplon” küçәsinә vә Ornano
bulvarına tәrәf gedirәm. Bütün bunları hәlә heç özüm dә aydın
dәrk etmirәm, intәhası, ola bilsin, mәn Dora Brüderin, onun
valideynlәrinin iziylә gedirdim. Artıq onları görürdüm; tәsvirin
arasından üzә çıxan su işarәsi kimi görürdüm.
Ötәn әyyamlara qayıtmaq, keçmişin әn uzaq düşmüş sapından
yapışmaq istәyirәm. Anamla birgә Klinyankur zastavasının