Page 171 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 171
Äîðà Áðöäåð 171
– bax bunu öyrәnә bilmәdim. Əllinci illәrin әvvәlindә bu ünvanda
“Ucuz Ornano mehmanxanаsı” adlanan hansısa cәmiyyәtin
yerlәşdiyi göstәrilir. Telefon nömrәsi: Monmartr 12-54. Müharibәdәn
qabaqkı vaxtlardakı kimi, bu da kafe olub, sahibinin soyadı da –
Marşal. Hәmin kafe daha yoxdur. Maraqlıdır, görәsәn bu kafe
girişin sağ tәrәfindәymiş, ya sol tәrәfindә?
Giriş qapısından içәri girәn kimi dәrhal uzun bir dәhliz başla-
nır; dәhlizin axırında yuxarı mәrtәbәyә pillәkәn var.
Nә vaxtsa kökündәn qoparılanı, yerli-dibli silinib atılanı öz
yerinә qaytarmaq vә onu görmәk üçün uzun zaman lazımdır. Əl-
bәttә ki, izlәr var, mövcuddur; onlar arxivlәrdә qorunub saxlanılır.
Amma necә bilәsәn ki, bu arxivlәr hardadır; hardan bilәsәn ki,
onları kim qoruyur vә bu izlәri qoruyanlar onları sizә göstәrmәk
istәyәrmi? O da ola bilәr ki, qoruyucular hәmin arxivlәrin möv-
cudluğunu, sadәcә, unutmuş olsunlar.
Amma eybi yox, bir az sәbr etmәk lazımdır.
Vә mәn axırda öyrәnә bildim ki, 1937-ci vә 1938-ci illәrdә
hәm Dora Brüder, hәm dә onun valideynlәri Ornano bulvarındakı
mehmanxanada yaşayıblar; dәmir sürahılı eyvanların hәr iki
binanı bir-birinә bәnd etdiyi dördüncü mәrtәbәdәki mәtbәxli
otaqda yerlәşiblәr. Bu mәrtәbәdә on pәncәrә var. Pәncәrәlәrdәn
ikisi, ya üçü bulvara, qalanları Ermel küçәsinә (küçәnin axırlarına)
baxır; arxa tәrәfdәki pәncәrәlәr isә – Simplon küçәsinә.
Hәmin gün – mәnim mәhәllәdә olduğum 1996-cı ilin mayında
– Simplon küçәsinә baxan dördüncü mәrtәbәdәki ilk iki pәncәrәnin
paslı qapaqları bağlı idi, üzbәüz eyvanda isә mәn bura çoxdan
atıldıqları aşkar bilinәn köhnә-kürüş şeylәrin böyük bir qalağını
gördüm.
Müharibәdәn iki ya üç il әvvәl Dora Brüder çox güman ki,
yaşadığı mәhәllәdәki ibtidai mәktәblәrin birindә oxumuşdu.