Page 176 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 176
Ïàòðèê Ìîäèàíî
Santer küçәsi, 15…
Bu – Rotşild xәstәxanasının ünvanıdır. Fransaya üz tutan
kasıb yәhudi ailәlәrinin neçә-neçә övladı, Dora ilә eyni vaxtda,
mәhz bu xәstәxananın doğum şöbәsindә dünyaya göz açıb. Çox
güman ki, hәmin gün, fevralın 25-dә Ernest Brüder işdәn heç cür
çıxa bilmәmişdi, yoxsa qızının doğulması barәdә XII dairәnin
meriyasına bildirişi özü verәrdi. Ola bilәr, hansısa arxivlәrdә
doğum haqqında şәhadәtnamәni imzalamış Qaspar Meyerin dә
adı üzә çıxsın. Onun “xidmәt göstәrdiyi vә yaşadığı” ünvanda –
Pikpüs küçәsi, 76 nömrәli evdә – qocalar vә kasıblar üçün Rotşild
tәrәfindәn yaradılmış sığınacaq yerlәşirdi.
Dora Brüderin vә onun valideynlәrinin izlәri 1926-cı ilin
hәmin o qışından etibarәn şimal-şәrq istiqamәtindәki şәhәrәtrafı
qәsәbәdә, Urk kanalının sahillәrindә yoxa çıxır. Haçansa mәn
Sevrana baş çәkәcәm, amma qorxuram ki, digәr bütün qәsәbәlәrdә
olduğu kimi, orda da evlәrin büsbütün dәyişdiyini görüm, küçәlәrin
tamamilә başqa görkәm aldığının şahidi olum. Misal üçün, Lyejar
küçәsindәki bәzi müәssisәlәrin vә o dövrdә hәmin küçәdә yaşamış
bәzi sakinlәrin adları. 24 nömrәli evdә “Trianon de Frenvil”
yerlәşirdi. Bu nә olub – kafe? Bәlkә kinoteatr? Otuz birinci ildә
burada “İl-de-Fransın çaxır anbarları” yerlәşirdi. 9 nömrәli evdә
doktor Joran yaşayıb, otuzuncuda isә – әczaçı Platel.
Doranın valideynlәrinin mәskunlaşdığı Lyejar küçәsi böyük
yaşayış rayonunun bir hissәsi idi, Frenvil adlanan hәmin rayon
sonradan әrazisini genişlәndirәrәk Sevran, Livri-Qarqan vә Olne-
le-Bua kommunalarını da özünә qatmışdı. Frenvil – fәhlә
rayonudur. O, öz әrazisini bu yerlәrdә hәlә әsrin әvvәllәrindә
inşa edilmiş Vestinhauzun әylәc zavodunun әtrafında böyütmәyә
başlamışdı. Rayon otuzuncu illәrdә kommuna statusuna can atsa
da, onu әldә edә bilmәdi vә elәcә üç qonşu kommunadan asılı