Page 179 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 179
Äîðà Áðöäåð 179

Mәn Ernest Brüderin keçdiyi yolu izlәmәyә çalışıram. Sidi-
Bel-Abbesdә onlara pul mükafatı paylanır. Alman, avstriyalı,
rus, rumın, bolqar olan bu legionerlәrin әksәriyyәti elә rәzil
kökdә, elә bәdbәxt vәziyyәtdәdir ki, öz xoşbәxtliklәrinә inanmırlar:
yәni onlara mükafat? Yazıqlar heyrәtdәn sarsılıblar vә pulu qapıb
tez-tәlәsik ciblәrinin әn dәrin yerindә gizlәdirlәr, sanki kimsә
tutub әllәrindәn ala bilәr. Sonra tәlimlәr başlanır: barxanların
üstüylә qaçış-yürüşlәr, qaynar Əlcәzair günәşinin altında bitmәk
bilmәyәn hәrbi manevrlәr.

Ernest Brüder kimi Mәrkәzi Avropadan gәlәn legionerlәr
üçün bu tәlimlәr çox ağır keçir: yeniyetmә vaxtlarında müharibәnin
bütün dörd ilini kartoçkalarla dolanmaq onların hamısını
bezdirmişdi.

Sonra – Meknes, Fes yaxud Mәrakeş kazarmaları. Legionerlәri
Mәrakeşin hәlә fәth olunmamış torpaqlarını әlә keçirmәk üçün
döyüşә göndәrirlәr.

1921-ci ilin apreli. Bekrit vә Ras-Tarş döyüşlәri. 1921-ci ilin
iyunu. Mayor Lamberin komandanlığı altında legionerlәr batalyonu
Cebel-Xayan uğrunda döyüşlәr aparır. 1922-ci ilin martı. Şuf-eş-
Şerqdә döyüş. Kapitan Rot. 1922-ci ilin mayı. Tizi-Adnidә döyüş.
Nikolun komandanlığı altında legionerlәr batalyonu.

1923-cü ilin apreli. Arbalda döyüş. Tazu uğrunda döyüşlәr.
1923-cü ilin mayı. Bab-Briddә ağır döyüşlәr; mayor Nejelanın
legionerlәri bir nöqtәyә yönәldilmiş atәş altında Talran istehkamını
әlә keçirtdilәr. 26-na keçәn gecә Nejelanın batalyonu hücumla
İşendirt dağ massivini işğal etdi. 1923-cü ilin iyunu. Taduqda
döyüş. Nejelanın batalyonu hәmlә ilә qalanı әlә keçirtdi. Şeypurların
sәdası altında legionerlәr üçrәngli bayrağı qala divarına sancdılar.
Ued-Atiyada döyüş; Baryerin legionerlәr batalyonu iki dәfә süngü
hücumu üçün tәdbir görür. Buhenşutsun legionerlәr batalyonunun
tәzyiqi altında Bu-Xamucdan cәnuba doğru dağlarda istehkamlar
   174   175   176   177   178   179   180   181   182   183   184