Page 183 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 183
Äîðà Áðöäåð 183
Sonra hәlә nә qәdәr illәri dә Klinyankur zastavasının yanında
keçmişdi. Mәn bilmirәm, mühаribәyә qәdәrki bütün bu illәri
onlar necә yaşayıblar vә Sesil Brüder nә vaxtdan “xәzçi”, nә
vaxtdan “muzdlu dәrzi” işlәyib? Hәr halda, kartoçkalarda onun
peşәsi belә göstәrilmişdi…
Bacıqızı Sesil Brüderin hansısa atelyeyә düzәldiyini demişdi,
amma adını dәqiq xatırlamırdı, deyәsәn, Rüisso küçәsindәki
dәrzixanaya. Bәs Ernest Brüder necә – Vestinhauz zavodunda ol-
masa da, bir başqa qәsәbәdә yenә fәhlә olaraq qalırdımı? Yoxsa
o da Parisin hansısa tikiş emalatxanasında özünә iş tapmışdı?
İşğal zamanı onun adına tәrtib olunmuş kartoçkada mәn bunları
oxudum: “100% müharibә әlili” vә “2-ci dәrәcәli fransız legioneri”.
“Peşәsi” sözünün qarşısında isә yazılmışdı: “Yoxdur”.
Mәndә o vaxtların bir neçә fotosu var. Onlardan әn qәdimi –
toy günlәrinin şәklidir. İkisi dә masaya dirsәklәnib oturublar.
Sesilin yerәcәn uzanan ağ fatası sağ yanağının qırağında
düyünlәnmiş kimi görsәnir. Ernestin әynindә qara kostyum var,
boynunda da ağ kәpәnәk-qalstuk. O biri fotoda Dora da var –
valideynlәr oturublar, Dora isә ayaq üstdә onların arasında
dayanıb. Qızın yaşı iki olar, ondan çox olmaz. Bu da Doranın tәk
fotosu: yәqin, bu şәkil qıza mәktәb mükafatı tәqdim olunması
münasibәtilә çәkilib. Bu şәkildә Dora on iki yaşındadır; ağ
donda, ağ corabda. Sağ әlindә kitab tutub. Başına balaca tac, ya
da ola bilsin, ağ çiçәklәrdәn çәlәng qoyulub. Sol әli üzәrinә qara
xәtlәrlә geometrik ornament çәkilmiş iri ağ kubun üstündәdir;
görünür, bu kub xüsusi olaraq dekorasiya xatirinә qoyulub. Elә
hәmin vaxtlarda, hәtta, ola bilsin, hәmin gün ordaca çәkilmiş
daha bir şәkil: plitә döşәmәni vә üzәrindә Sesil Brüderin oturduğu
geometrik naxışlı ağ kubu tanımaq çәtin deyil. Əyninә yaxalıqlı
ağ paltar geyinmiş Dora onun sol tәrәfindә dayanıb; qızın yuxarı
qalxmış sol әli havada әyilmiş vәziyyәtdә donub-qalıb, yәqin,