Page 186 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 186
Ïàòðèê Ìîäèàíî
1940-cı ilin 9 may günü on dörd yaşlı Dora Brüderi “Mәryәmin
Müqәddәs Ürәyi” adlanan internat mәktәbә – Xristian Mәrhәmәt
missiyası rahibә bacılarının rәhbәrliyi altında çalışan kilsә xeyriyyә
tәşkilatına vermişdilәr. Mәktәb XII dairәdә, Pikpüs küçәsindә
yerlәşirdi.
İnternatın arxiv sәnәdindә bunlar yazılıb:
“Soyadı, adı: Brüder, Dora.
Doğulduğu tarix vә yer: 25 fevral, 1926, Paris, XII dairә, ata-
sı Ernestdәn vә anası Sesil Bürdeidәn.
Ailә vәziyyәti: qanuni övlad.
Qeydiyyatın tarixi vә şәraiti: 9 may 1940-cı il.
Tam pansion.
Xaric olunmanın tarixi vә sәbәbi:
14 dekabr 1941-ci il. Özbaşına qaçış sәbәbindәn”.
Görәsәn, övladlarını bura vermәyә valideynlәri nә mәcbur
elәmişdi?
Yәqin, Ornano bulvarındakı mehmanxanada üçlükdә yaşamaq
onlara getdikcә daha çәtin başa gәlirmiş. Ağlıma bir şey dә gәlir:
tәrksilah edilmiş Ernest vә Sesil Brüderlәri “reyxdәn çıxmalar”
vә “sabiq avstriyalılar” kimi nәzarәt altında saxlanma tәhlükәsi
tәhdid etmirdimi? Avstriya 1938-ci ildәn etibarәn mövcudluğunu
itirmişdi vә “reyxin” bir hissәsi sayılırdı.
1939-cu ilin payızında “reyxdәn” çıxanları vә kişi cinsindәn
olan sabiq avstriyalıları “toplanış mәntәqәlәrinә” çağırıb iki kate-
qoriyaya ayırmışdılar: etibarlılara vә etibarsızlara. Etibarlı
sayılanları sonradan Kolombadakı İv-de-Manuar stadionunda bir
yerә yığmışdılar, dekabrda isә onlar “әmәk mükәllәfiyyәtli әcnәbi
mәnşәli şәxslәr” deyilәnlәrә bәrabәr tutulmuşdular. Bәlkә Ernest
Brüder bu şәxslәrin siyahısına daxil idi?