Page 188 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 188
Ïàòðèê Ìîäèàíî
qızlara vә paytaxtın kasıb ailәlәrinin qızlarına hәrtәrәfli kömәk
mәqsәdilә yaradılıb”.
Çox güman ki, orda qızlara tәkcә evdarlıq vә әl işlәri öyrәdil-
mirdi. Normandiyada, qәdim Sen-Sover-le-Vikont abbatlığının
himayәsi altında olan Xristian Mәrhәmәt missiyasının rahibә
bacıları hәlә 1852-ci ildә Pikpüs küçәsindә “Mәryәmin Müqәddәs
Ürәyi” pansionunu açarkәn bu müәssisә peşәkar tәlim-tәrbiyә
verәn vә ştatında yetmiş beş rahibәnin olduğu beş yüz qıza
hesаblanmış bir internat idi.
Fransanın qәti mәğlubiyyәtә uğradığı 1940-cı ilin iyun ayında
rahibәlәr şagird qızlarla birgә Parisdәn Men-i-Luara departamentinә
qaçdılar. Yәqin, Orse, yaxud Austerlid vağzalında Dora da
ağzınacan dolu qatarlardan hansınasa özünü birtәhәr dürtә bilmiş
vә onlara qoşulub getmişdi. Ardı-arası kәsilmәyәn qaçqınların
sonsuz kolonlarıyla birgә onlar Luaraya aparan yollarla cәnuba
doğru hәrәkәt etmişdilәr.
İyul. Parisә qayıdış. İnternat hәyatı. Pansionda şagirdlәrә
hansı forma geyindirildiyini mәn bilmirәm. Bәlkә bu, 1941-ci
ilin dekabrında Doranın axtarışı haqqındakı elanda göstәrilәn
hәmin paltar idi: sumağı sviter, tünd-göy yubka, qәhvәyi idman
çәkmәlәri? Bәlkә üstündәn dә xalat? Mәn günün qrafikini tәxmini
tәsәvvür edirәm. Saat altıda yuxudan qalxma. Sonra ibadәtgah.
Sonra sinif otağı. Sonra yemәkxana. Yenә sinif. Sonra mәktәbin
hәyәti. Yemәkxana. Yenә sinif. Yenә ibadәtgah. Axırda dortuar.
Bir dә bazar günlәri gәzinti.
Belә düşünmәk olar ki, İsanın daim üstünlük verdiyi qızların
hәyatı bu divarların arasında o qәdәr dә asan keçmәyib.
Mәnә deyirdilәr ki, Xristian missiyasının Pikpüs küçәsindәn
olan rahibәlәri Betizidә yay düşәrgәsi yaratmışdılar. Betizi-Sen-
Marten, yoxsa Betizi-Sen-Pyer? Hәr iki kәnd Sanlis dairәsindә
yerlәşir, Valuada. Ola bilәr, mümkündür ki, Dora Brüder öz