Page 193 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 193
Äîðà Áðöäåð 193

Ailә başçısına ev sakinlәrini qeydiyyata almaq hüququ verilirdi.
Uzun növbәlәr yaranmasın deyә sakinlәrdәn xahiş olunurdu ki,
mәntәqәyә әlifba sırası ilә aşağıdakı siyahıda göstәrilәn günlәrdә
tәşrif buyursunlar...

“B” hәrfi – oktyabrın 4-nә düşürdü. Hәmin gün Ernest Brüder
Klinyankur mәhәllәsindәki polis mәntәqәsindә formulyarı
doldurarkәn qızının adını ora yazmadı. Qeydә alınan hәr kәsә
qeydiyyat nömrәsi verilirdi – sonradan bu nömrә hәmin adamın
“ailә kartoçkasına” salınırdı. Buna “yәhudi dosyesinin nömrәsi”
deyirdilәr.

Ernest vә Sesil Brüderlәrin yәhudi dosyesinin nömrәsi 49091
idi. Dorada isә nömrә yox idi.

Yәqin, Ernest Brüder elә hesab edirdi ki, “Mәryәmin Müqәddәs
Ürәyi” pansionunun әrazisindә qızını heç bir tәhlükә tәhdid etmir
vә yaxşısı budur adı lüzumsuz yerә gözә çarpıb diqqәt cәlb
elәmәsin. Vә bir dә – on dörd yaşlı Doraya “yәhudi qızı” yarlığı
qәti lazım deyildi. Belә baxanda, bәyәm onlar bu “yәhudi”
sözünün mahiyyәtinә varıb, bu sözün altında hansı mәnanın
gizlәndiyini çoxmu başa düşürdülәr? Ernest Brüderin şәxsәn
özünә gәldikdә, o heç bu sualla beynini yormurdu da. Sadәcә,
hökumәt orqanlarının hәr cür yarlıqlarına vәrdiş elәmişdi; onları
acizanә şәkildә daşıyır vә narazılıq etmirdi. Qara fәhlә. Sabiq
avstriyalı. Fransız legioneri. Etibarlı. 100% әlil. Əmәk mükәllә-
fiyyәtli әcnәbi şәxs. Yәhudi. Arvadı Sesil dә onun kimi. Sabiq
avstriyalı qadın. Etibarlı. Muzdlu xәzçi. Yәhudi. Yalnız Doraya
hәlә heç bir kateqoriya vә dosye nömrәsi tәtbiq olunmamışdı.

Nә bilmәk olar, әgәr canını dişinә tutub pansionatın qara di-
varları arasında tab gәtirsәydi, qaynayıb-qarışsaydı vә heç kәsdәn
fәrqlәnmәdәn pansiondakı bütün qaydalara sözsüz әmәl etsәydi,
yarlıqlardan qaçmaq bәlkә ona lap axıracan da müyәssәr olacaqdı.
   188   189   190   191   192   193   194   195   196   197   198