Page 196 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 196
Ïàòðèê Ìîäèàíî
qollarının üstündә aparır. Onlar nәbatat bağı boyunca irәlilәyir,
üzüaşağı gedәn küçәlәrlә sahil küçәsinә çıxırlar. Budur, Austerlit
körpüsünü adladılar. Jan Valjan sağ sahilә tәzәcә addım atmışdı
ki, gözünә körpünün üstündәki hansısa kölgәlәr görükür. Düşünür
ki, onlardan yayınmağın yalnız bircә yolu var – Yaşıl yol adlanan
dar küçәylә getmәk.
Bax bu yerdә oxucunun başı hәrlәnir. Elә görünür ki, guya
Kozetta ilә Jan Valjan Javerdәn vә polislәrdәn yaxa qurtarmaqla
boşluğa yuvarlanıblar: bura qәdәr onlar real Parisin gerçәklikdә
mövcud olan real küçәlәriylә gedirdilәr vә birdәn şәhәrin xәyali
mәhәllәsinә keçdilәr – Viktor Hüqo bu mәhәllәni Balaca Pikpüs
adlandırır. Qәribә duyğudur: eynәn o cür ki, yuxuda siz
tanımadığınız nabәlәd küçәlәrlә addımlayır, ayılanda isә tәdricәn
dәrk edirsiniz ki, bәs bunlar gündüzlәr sizin dәfәlәrlә gәzdiyiniz
hәmin küçәlәrdir.
Mәnә rahatlıq vermәyәn nәdir: topoqrafiya vә küçә adları
bilavasitә Viktor Hüqo fantaziyasının mәhsulu olan bu mәhәllәdә
qaçaqlar divardan aşmağa macal tapmaqla polis patrulundan
möcüzә sayәsindә canlarını qurtardılar. Onlar “hansısa çox böyük
vә әcaib bir bağda – sanki yalnız qış vaxtı vә gecәlәr tamaşa
elәmәkdәn ötrü salınmış bağların birindә” peyda oldular. Bu, Jan
Valjanın vә Kozettanın sığındığı monastırın hәyәtindәki hәmin
bağ idi; Viktor Hüqo o bağın dәqiq ünvanını da göstәrib: Balaca
Pikpüs küçәsindәki 62 nömrәli ev. Bu ünvan hәm dә Dora Brüderin
yaşadığı “Mәryәmin Müqәddәs Ürәyi” pansionatının ünvanıdır.
“Tәsvir olunan dövrdә, – Hüqo yazır, – monastırın nәzdindә
qapalı pansion mövcud idi... Bu qızlar… mavi paltar geyinir, ağ
lәçәk bağlayırdılar… Balaca Pikpüsün hasarları arasında bir-
birindәn aralı üç bina vardı: sakinlәri rahibәlәr olan böyük
monastır, tәrbiyәçi qadınların qaldığı pansion vә nәhayәt, adına
kiçik monastır deyilәn bina”.