Page 201 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 201
Äîðà Áðöäåð 201
sonra küçәlәrdә görünmәk olardı, intәhası alman vaxtı ucbatından
hava günortadan qaralmağa başlayırdı.
Görәsәn, mәrhәmәtli rahibәlәr Doranın yoxluğundan haçan
vә saat neçәdә xәbәr tutmuşdular? Çox ehtimal ki, axşamçağı.
Yәqin, ibadәtgahda xidmәtin başa çatdığı vaxt, bütün şagirdlәri
cәrgәyә düzüb dortuara aparanda. Düşünürәm ki, monastırın
başçısı Doranın valideynlәri ilә tәcili surәtdә әlaqә yaratmaq,
qızın onlarda qalıb-qalmadığını öyrәnmәk istәyib. Görәsәn, o,
Doranın vә valideynlәrinin yәhudi olduğunu bilirdimi? Qadının
bioqrafiyasında yazılıb: “Yәhudilәrin tәqibi zamanı yәhudi
ailәsindәn olan bir çox uşaqlar Mari-Jan-Batist bacının insanpәr-
vәrliyi vә fәdakarlığı sayәsindә “Mәryәmin Müqәddәs Ürәyi”
pansionunun divarları arasında sığınacaq tapdı. Sirri ciddi şәkildә
qoruyan, yetәrincә cәsarәt göstәrәn rahibә bacıların dәstәyinә
arxalanaraq o, tәhlükәnin qarşısından geri çәkilmirdi”.
Amma Doranın mәsәlәsi xüsusi idi. Onu “Mәryәmin Müqәddәs
Ürәyi” pansionuna hәlә yәhudi tәqibinin başlanmadığı 1940-cı
ilin mayında qәbul etmişdilәr. Dora 1940-cı ilin oktyabrında
qeydiyyata düşmәmişdi. Yәhudi uşaqlarını isә dini tәşkilatlar
yalnız 1942-ci ilin iyulundan etibarәn – kütlәvi tutqular başlandığı
vaxtdan gizlәdirdilәr. “Mәryәmin Müqәddәs Ürәyi” pansionatında
Dora il yarım qalmışdı. Çox ehtimal ki, o, pansiondakı yeganә
yәhudi qız idi. Görәsәn, Doranın bacılıqları arasında bunu bilәn
kimsә vardımı? Bәs rahibәlәr arasında necә?
Ornano bulvarındakı 41 nömrәli evin birinci mәrtәbәsindә,
Marşalın kafesindә telefon vardı: Monmartr 44-74. Amma mәn
bilmirәm kafe ilә mehmanxana arasında әlaqә vardımı vә hәmin
bu Marşal hotelin dә yiyәsiydimi? O illәrin telefon-mәlumat
kitabçasında “Mәryәmin Müqәddәs Ürәyi” pansionatının adı
yoxdur. Mәn Xristian Mәrhәmәt missiyasının başqa bir ünvanını
tapdım. Görünür, 1942-ci ildә bu ünvanda pansionatın hansısa