Page 203 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 203
Äîðà Áðöäåð 203

suala cavab vermәk üçün nәsә bir iz tapıla bilәrmi? Yalnız güman
etmәk, fәrziyyә yürütmәk qalırdı. Çox ehtimal ki, onu küçәdә
hәbs etmişdilәr. 1942-ci ilin fevralında – Doranın qaçışından iki
ay sonra – almanlar Parisdә yәhudilәrә axşam saat sәkkizdәn
sonra evdәn çıxmağa vә yaşayış yerlәrini dәyişmәyә qadağa
qoyan yeni tәlimatlarını bәyan etmişdilәr. Polis tәbii ki, sayıqlığı
artırmışdı, küçәlәr әvvәlki aylarla müqayisәdә daha tәhlükәli
olmuşdu. Əminәm ki, Dora mәhz yәhudi işi üzrә polislәrin öz
tәlәlәrini metroların çıxışlarında, kino zallarında, tamaşa başa
çatarkәn teatrların qarşısında qurduğu hәmin o soyuq vә tutqun
fevralda әlә keçmişdi. Mәn, hәtta tәәcüblәnirәm ki, evdәn qaçması
vә әlamәtlәri barәdә polisin әlindә şifahi mәlumat olduğu halda,
vur-tut on altı yaşlı qızın bu qәdәr müddәtdә bütün izlәri itirmәyә
necә bicliyi çatmışdı. Bu yalnız o halda mümkün idi ki, hardasa
etibarlı sığınacaq tapmış olaydı. Amma işğal başlayandan bәri
qışların әn tutqununu, әn kәskinini yaşayan 1941-1942-ci illәrin
Parisindә – qar tufanının hәlә noyabrda başladığı, yanvarda tem-
peraturun mәnfi on beş dәrәcәyә endiyi, hәr yerdә suyun donduğu,
buzlaşmanın dәhşәt hәddә çatdığı, fevralda isә qarın ağlagәlmәz
dәrәcәdә çox yağdığı bir vaxtda o, harda sığınacaq tapa, harda
gizlәnә bilәrdi? Vә o vaxtın Parisindә görәsәn necә, nәylә
qidalanmışdı?

Bәli, fevralda – belә düşünürәm ki, “onlar” Doranı öz torlarına
mәhz fevralda salmışdılar. “Onlar” – ola bilsin, adi qanun
keşikçilәri, ola bilsin, ictimai yerlәrdә yeniyetmәlәrin, yaxud
yәhudilәrin işi üzrә sәnәdlәri yoxlayan polis müfәttişlәri idilәr.
Hansısa memuarda oxumuşdum ki, “alman tәlimatının” cüzi
pozuntusuna görә on sәkkiz-on doqquz yaşlı qızları, hәtta daha
azyaşlıları, Dora kimi on altı yaşlı uşaqları tutub Turelә göndәrirdilәr.
Hәmin fevral ayında, elә hәmin günün axşamı, yeni alman
fәrmanı qüvvәyә mindiyi zaman mәnim atam Yelisey düzündә
   198   199   200   201   202   203   204   205   206   207   208