Page 205 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 205
Äîðà Áðöäåð 205
peşәsi, ailә vәziyyәti, vәtәndaşlığı, doğum tarixi vә ünvanı qeyd
edilәn sәnәdlәri tәqdim etmәyә borclu olduğu dünya ilә bütün
әlaqәlәri qırıb qeyri-leqal vәziyyәtdә yaşayırdı. Atam bu dünyadan
kәnara atılmışdı. Necә ki, qaçaq qız Dora Brüder.
Amma onların taleyi hәm dә gör nә qәdәr fәrqlidir!
Pansionatdan qaçan on altı yaşlı qız 1942-ci ilin qışında Pa-
risdә tәkbaşına, tәmtәk necә yaşaya bilәrdi? Polisin vә o vaxtkı
hakimiyyәtin gözündә Dora ikiqat qanun pozucusuydu: hәm yә-
hudi idi, hәm dә axtarışda olan evdәn qaçmış azyaşlı.
Doradan on dörd yaş böyük olan atam üçün yol salınmışdı: öz
iradәsindәn asılı olmadan qanundan kәnarda qalmaqla o, bu
sürüşkәn yolla irәlilәdi, Parisdә nә işlә desәn mәşğul oldu, axırda
qara bazarın çirkabı içindә itib-batdı.
Bu yaxınlarda öyrәndim ki, “salat zәnbili”ndәki o qız
Dora Brüder ola bilmәzdi. Turel düşәrgәsinә yerlәşdirilәn qadınların
siyahısında mәn onun da adını tapmağa çalışdım. Polşa yәhudilәri
olan iyirmi vә iyirmi bir yaşlı iki qız Turel düşәrgәsinә 1942-ci
ilin 18 vә 19 fevralında gәtirilmişdi. Birinin adı Sima Berger, o
birininki – Fredel Trayster idi. Tarixlәr düz gәlirdi, amma atamla
bir maşında olan görәsәn onlardan hansıymış? İlkin saxlanma
kamerasından kişilәri Dransiyә, qadınları isә Turelә göndәrirdilәr.
Bәlkә o nаmәlum qız, mәnim atam kimi, onların hamısını gözlә-
yәn aqibәtdәn qaça bilmişdi? Amma qorxuram ki, o da hәmin
gecә tutquda әlә keçәn başqa kölgәlәr kimi hәmişәlik adsız qal-
sın. Yәhudilәrin işi üzrә polisdә onların dosyelәrini, protokolları,
tutqu vaxtı әlә keçәn vә küçәdә hәbs olunanlarla bağlı bütün si-
yahıları mәhv edirdilәr. Mәn bu sәtirlәri yazmasaydım, heç kәs
heç vaxt bilmәyәcәkdi ki, o namәlum qızla mәnim atam 1942-ci
ilin fevral ayında Yelisey düzündә hәbs olunaraq “salat zәnbili”ndә
polis prefekturasına gәtiriliblәr. Onlar belәcә dә qalacaqdılar –