Page 210 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 210
Ïàòðèê Ìîäèàíî
nәsrinin doğma әrazisindә mәn onları biryolluq vә ömürlük
yerinә oturtmaq niyyәti güdürdüm. Bu gün mәn öz niyyәtimin
uşaqcasına sadәlövhlüyünü çox yaxşı başa düşürәm: hardadı indi
bu müәlliflәr – güllәlәniblәr, sürgün olunublar, düşgünlәşiblәr,
yoxsa qocalıqdan ölüblәr? Hә, mәn gecikmişdim. Nә qәdәr
tәәssüfedici dә olsa.
“Salat zәnbili” Abbei küçәsinә çatıb Sen-Jermen-de-Pre
mәhәllәsindәki polis mәntәqәsinin qarşısında dayandı. Polislәr
bizi komissarın kabinetinә gәtirdilәr. Atam rәisә quru tәrzdә izah
elәdi ki, bәs mәn “xuliqanam”, on yeddi yaşımdan hәmişә onun
mәnzilinә dava-dalaşla soxuluram. Komissar mәnimlә cinayәtkarla
danışdığı tonda danışıb axırda bildirdi ki, gәlәn dәfә mәni
qoduqluğa salacaq. Mәn başa düşdüm ki, komissar sözdәn әmәlә
keçib mәni ilkin saxlama kamerasına salsaydı, atamın bundan
heç tükü dә tәrpәnmәyәcәkdi.
Polis mәntәqәsindәn atamla birgә çıxdıq. Soruşdum: doğrudanmı
polis çağırmaq vә mәni komissarın “cәnginә vermәk” bu qәdәr
zәruri idi? Cavab vermәdi. Ürәyimdә ona qarşı kinli deyildim.
Yolumuz bir olduğundan yanaşı gedirdik. O susurdu. Mәn dә.
İstәdim 1942-ci ilin hәmin fevral gecәsini yadına salım, “salat
zәnbili”ndә aparıldığını xatırladım vә soruşum ki, bu dәqiqә
hәmin hadisә barәdә nәsә düşünürmü. Amma görünür bu, ondan
ötrü mәnimçün olduğu qәdәr vacib deyildi.
Belәcә, bir-birimizә heç nә demәdik; bircә söz dә – nә yol bo-
yu, nә pillәkәndә. O, öz otağına getdi, mәn – öz otağıma. Onunla
daha iki, ya üç dәfә görüşmәli oldum. Bir ildәn sonra, avqust
ayında – onda atam hәrbi biletimi dә, başqa sәnәdlәrimi dә gö-
türmüşdü ki, özüm istәmәdiyim halda mәni Reyi qarnizonunda
hәrbi xidmәtә göndәrsin.