Page 212 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 212
Ïàòðèê Ìîäèàíî

Bәs Dora Brüder necә – qaçmaq tәdarükünü qabaqcadan gör-
müşdümü, bu işdә ona hansısa dostu, ya rәfiqәsi kömәk etmişdimi?
Parisdәmi qalmışdı, yoxsa özünü azad zonaya yetirmәyә cәhd
göstәrmişdi?

Klinyankur mәhәllәsi polis mәntәqәsinin qeydiyyat jurnalında
27 dekabr 1941-ci il tarixli “Tarix vә oriyentasiya – Vәtәndaşlıq
vәziyyәti – İş açılmışdır” qrafasında bunlar qeyd olunub:

“27 dekabr 1941. Brüder Dora. Doğulduğu tarix: 25/2/26, Pa-
ris, 12-ci dairә, bu ünvanda yaşayır: Ornano bulvarı, 41. Ata-
sının, 42 yaşlı Ernest Brüderin ifadәsi”.

Boş sahәlәrdә rәqәmlәr yazılıb, amma mәn bilmirәm onlar nә
mәna daşıyır: 7029 21/12.

Klinyankur mәhәllәsinin polis mәntәqәsi Monmartr tәpәsinin
arxasında, Lamber küçәsi, ev 12 ünvanında yerlәşirdi, komissarın
soyadı Siri idi. Lakin Ernest Brüder, bütün ehtimallara görә,
Mon-Seni küçәsi, 74 ünvanındakı dairә komissarlığına müraciәt
etmişdi – bu, onun yaşadığı mehmanxananın yaxınlığındaydı vә
Klinyankur mәntәqәsi hәmin komissarlığın tabeliyindә idi.
Komissarı Kornek deyә çağırırdılar.

Doranın qaçışından 13 gün keçmişdi; iki hәftә әrzindә Ernest
Brüder polis mәntәqәsinә getmәyә, qızının itmәsi barәdә mәlumat
vermәyә özündә cәsarәt tapa bilmәmişdi. Tәsәvvür etmәk çәtin
deyil ki, şübhәlәr, sәksәkәlәr içindә keçәn, çox uzun sürәn bu on
üç günün әrzindә o nәlәr çәkib, nә qәdәr sarsıntılara mәruz qalıb.
Axı o, 1940-cı ilin oktyabrında elә hәmin komissarlıqdaca öz
әliylә doldurduğu dosyeyә Doranın adını salmamışdı vә indi
polislәr bu yalanın üstünü aça bilәrdilәr. Qızını axtarışa vermәk
cәhdiylә ata özü diqqәti ona cәlb etmiş olardı.

Polis prefekturasının arxivlәrindә Ernest Brüderin istintaq
protokolu yoxdur. Yәqin, komissarlıqlarda bu cür sәnәdlәr saxlama
müddәti başa çatan kimi dәrhal mәhv edilirmiş. Müharibәdәn bir
   207   208   209   210   211   212   213   214   215   216   217