Page 213 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 213
Äîðà Áðöäåð 213
neçә il sonra digәr polis arxivlәri dә – mәsәlәn, altı yaşdan
yuxarı bütün yәhudilәrin üç sarı ulduz aldıqları 1942-ci ilin iyun
ayında açılmış xüsusi reyestrlәr mәhv edildi. Bu reyestrlәrә
yәhudilәrin soyadını, şәxsiyyәt vәsiqәsinin nömrәsini, ünvanını
daxil edirdilәr, axırıncı qrafada isә hәmin şәxs bu ulduzları
alarkәn imza atmalıydı. Parisin vә şәhәrәtrafı qәsәbәlәrin polis
komissarlıqlarında әllidәn artıq bu cür reyestr tәrtib olunmuşdu.
Heç kәs heç vaxt bilmәyәcәk ki, Ernest Brüder qızı vә özü
haqqında hansı suallara cavab vermişdi. Ola bilsin, onun qismәtinә
öz vәzifә borcunu müharibәdәn әvvәlki adi qaydalar üzrә yerinә
yetirәn vә Ernest Brüderlә onun qızını digәr fransızlarla eyni
gözdә görәn, onların arasında heç bir fәrq axtarmayan polis
mәmuru çıxmışdı. Düzdür, bu adam, yәni Ernest Brüder “sabiq
avstriyalı” idi, mehmanxanada yaşayırdı vә peşәsi yox idi. Amma
onun qızı Parisdә doğulmuşdu vә Fransa tәbәәsi sayılırdı. Axtarışda
olan yeniyetmә. Bu qarışıq zamanda belә hadisәlәr tez-tez baş
verirdi. Bәlkә hәmin polis mәmuru Ernest Brüderә mәslәhәt
görüb ki, “Pari-Suar” qәzetinә elan versin – bir halda ki, qızın
yoxa çıxmasından artıq iki hәftә vaxt keçib. Ya da, ola bilsin,
bütün gün komissarlıqlarda veyillәnib “vurulmuş köpәk” tipli
xırda hadisәlәri gündәmә gәtirmәk sahәsindә çalışan qәzetçilәrdәn
birisi tapılıb ki, digәr qeydlәrin arasında bu axtarış elanını da öz
ağlına gәlәn kimi “Bu gün vә dünәn” rubrikasına dürtüşdürüb.
Mәn özüm o vaxt, 1960-cı ilin yanvarında evdәn qaçarkәn
hansı hissә qapıldığımı yaxşı xatırlayıram – heç bilmirәm o dәrә-
cәdә şiddәtli duyğunu mәn hәyatım boyu bir daha yaşamışdımmı.
Bir gedişlә bütün zәncirlәri qırıb, bütün buxovlardan qurtulmağın
xumar hәyәcanı: istәdin – vә bir dәfәyә sәnә sırınan nizam-inti-
zamdan, pansiondan, müәllimlәrdәn, eyni sinifdә oxuduğun şa-
girdlәrdәn canını qurtardın. Sәn indi azadsan, sәrbәstsәn, öz
kefindәsәn vә әtrafındakı bütün bu adamlarla heç bir ortaqlığın