Page 216 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 216
Ïàòðèê Ìîäèàíî

axırda bütün bu ovsunlanmış baxışlar plyonkanın canına hopmuşdu,
hansısa kimyәvi reaksiyanın gücünә onun strukturunu, rәngini,
aktyorların sәsini dәyişmişdi. Bax mәn o vaxt “İlk görüş” filminin
ümumilikdә boş kadrlarına baxa-baxa Dora Brüderi düşünәrkәn
bunları hiss etmişdim.

Ernest Brüder 1942-ci ilin 19 martında hәbs olunmuşdu, lap
dәqiqi, hәmin gün Dransi düşәrgәsinә gәtirilmişdi. Onu nә sәbәbә
vә hansı şәraitdә hәbs etmişdilәr – burasını mәn bilmirәm. İzlәri
tapmaq heç cür mümkün olmadı. Polis prefekturası üçün tәrtib
edilәn, içәrisindә hәr bir yәhudi haqqında ayrıca mәlumatlar
toplanan vә adına “ailә kartotekası” deyilәn dosyedә bunlar
yazılmışdı:

“Brüder Ernest
21.5.99 – Vyana
Yәhudi dosyesinin №-si: 49091
Peşәsi: yoxdur.
Müharibә әlili 10096. 2-ci dәrәcәli fransız legioneri; qazla
zәhәrlәnib; ciyәr vәrәmi.
Kartoteka üzrә № E56404”.
Kartoçkanın aşağısında ştempel: “AXTARIŞDA”
Vә karandaşla edilmiş qeyd: “Dransi düşәrgәsindә yerlәşir”.

Ernest Brüderi 1941-ci ilin avqust tutqusu vaxtı “sabiq
avstriyalı” kimi hәbs edә bilәrdilәr – avqustun 20-dә Fransa
polislәri alman zabitlәrinin komandanlığı altında XI dairәni tam
şәkildә qapatmış, sonrakı günlәrdә isә digәr dairәlәrin, o cümlәdәn
hәm dә on sәkkizinci dairәnin küçәlәrindә әcnәbi mәnşәli xeyli
yәhudini hәbs etmişdilәr. Bu tutqulardan sonra Ernest Brüder
azadlıqda qalmağa necә müvәffәq olmuşdu? “2-ci dәrәcәli fransız
legioneri” rütbәsinin gurultulu adı sayәsindәmi? Çәtin ki.
   211   212   213   214   215   216   217   218   219   220   221