Page 219 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 219
Äîðà Áðöäåð 219
“Cәnab prefekt, әgәr xahiş etdiyim işә diqqәt göstәrsәniz Sizә
minnәtdar olar, özümü Sizә ömürlük borclu bilәrdim. Mәnim
valideynlәrim yaşlı vә xәstә adamlardır, yәhudi kimi hәbs olunublar,
indi biz ikimiz tәk qalmışıq: bacım Mariya Qrosman – 15 yaşında,
yәhudi, Fransa tәbәәsi, fransız şәxsiyyәt vәsiqәsi № 1594936,
seriya B, vә mәn – Janetta Qrosman, yәhudi, Fransa tәbәәsi, 19
yaşında, fransız şәxsiyyәt vәsiqәsi № 924247, seriya B…”
“Cәnab şöbә rәisi, xahiş edirәm bu mәsәlәyә görә Sizә müra-
ciәt etmәyimi әdәbsizlik saymayın. 16 iyul 1942-ci ildә sәhәr
saat 4-dә әrimi aparmağa gәlmişdilәr, qızım ağlamağa başla-
yanda onu da apardılar. Qızımın adı Poleta Qotxelfdir, 14 yaşın-
dadır, 1927-ci il noyabrın 19-da Parisin 12-ci dairәsindә doğulub,
o – Fransa tәbәәsidir…”
1942-ci ildә Klinyankur polis mәntәqәsinin elә hәmin qeydiyyat
jurnalında, elә hәmin “Tarix vә oriyentasiya – Vәtәndaşlıq vә-
ziyyәti – İş açılmışdır” qrafasındaca yazılıb:
“17 aprel 1942. 2098 15/24. Yetkinlik yaşına çatmayanların
M. Brüder Dora, 16 yaşlı, axtarışda olan, bax. Protokol 1917,
anasının yaşayış yeri üzrә bәrpa olunub”.
Mәn bilmirәm bu 2098 vә 15/24 rәqәmlәri nә mәna daşıyır.
Yetkinlik yaşına çatmayanların M. Bu, görünür, “Yetkinlik yaşına
çatmayanların Mühafizәsi” demәkdir. Hәr şeydәn göründüyü
kimi, 1917 nömrәli protokolda Ernest Brüderin verdiyi ifadә vә
27 dekabr 1941-ci ildә ona vә qızı Doraya aid verilәn suallar
qeyd olunub. Arxivlәrdә bu protokolun digәr izlәri qalmayıb.
“Brüder Doranın işi üzrә” üç natamam sәtir. Qeydiyyat jurnalında
bunun ardınca altında hәmin tarix qoyulan digәr “işlәr” gәlir:
“Qol Jorjeta-Poleta, 30.7.23, Pantendә (Sena Departamenti)
doğulub, valideynlәri Qol Jorj vә Pelts Roza, әrdә deyil; Piqal
küçәsi, 41 ünvanındakı mehmanxanada yaşayır. Fahişәlik.