Page 221 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 221
Äîðà Áðöäåð 221

başlayır. Su hәtta kranlarda da donmuşdu. Bu, dörd hәftәyәcәn
davam edir. Baharın ilk müjdәçisi olan günәş öz ürkәk şәfәqlәrini
fevralın 12-dә göstәrmişdi. Sәkilәrdә camaatın ayağı altında qa-
ralmış çirkli qar yavaş-yavaş yumşalıb lıqqaya çevrilir. Yәhudilәrin
işi üzrә polis mәnim atamı mәhz hәmin günün axşamı hәbs elә-
mişdi. Fevralın 22-dә yenidәn qar yağır. Fevralın 25-dә vә 26-da
qar daha da güclәnir. Martın 3-dә, axşam saat doqquzdan sonra
şәhәrin әtrafı bombalanır – bu ilk dәfә baş verirdi. Parisdә pәn-
cәrәlәrin şüşәsi silkәlәnirdi. Martın 13-dә günün günorta çağı si-
renaların uğultusu sәslәnir: hava hәyәcanı. Metrodakı sәrnişinlәri
iki saat içәridә saxlayıb bayıra buraxmırlar. Hamıya tunelә düş-
mәk әmr olunur. Hәmin gün axşam saat onda daha bir hava hә-
yәcanı olur. Martın 15-dә günәş öz parlaq şәfәqlәrini saçmağa
başlayır. Martın 28-dә axşam saat ona yaxın uzaqda partlayış
sәslәri eşidilir, bombalanma gecәyarıyadәk davam edir. Aprelin
2-dә hava hәyәcanı sәhәr saat dördә tәsadüf edir, saat altıyacan
şәhәri havadan bombalayırlar. Gecә saat on birdәn sonra şәhәr
tәkrar bombalanır. Aprelin 4-dә şabalıd ağacları tumurcuqlayır.
Aprelin 5-dә axşamçağı yaz tufanı başlayır vә dolu yağır, sonra
sәmada göyqurşağı parlayır. Unutma hа: sabah nahardan sonra
“Qobelen” kafesinin terrasında görüşürük...

Bir neçә ay qabaq Dora Brüderin mәndәki şәkillәrinә oxşamayan
bir fotosunu әldә etdim. Yәqin, bu onun axırıncı şәklidir. Qızın
sifәtindә vә bütün simasında әvvәlki bütün şәkillәrinә hәkk olun-
muş uşaqlıqdan әsәr-әlamәt qalmayıb: nә gözlәrindә, nә girdә
yanaqlarında, nә ağ paltarında – mükafat verildiyi gün әynindә
olan nә vardısa, heç birindә. Mәn bu şәklin haçan çәkildiyini
dәqiq bilmirәm. Çox ehtimal ki, 1941-ci ildә, Doranın “Mәryәmin
Müqәddәs Ürәyi” pansionunda olduğu vaxtlar çәkilib, ya da
1942-ci ildә, yazın әvvәlindә – dekabr qaçışından sonra Ornano
bulvarına qayıdanda.
   216   217   218   219   220   221   222   223   224   225   226