Page 226 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 226
Ïàòðèê Ìîäèàíî
onu on bir yaşımdan on yeddi yaşımadәk pansionda yaşamışdım
vә hiss etmişdim ki, daha dözә bilmәrәm.
Bilmirәm, doktor Jan Püioberlә nә baş verdi. Görüşümüzdәn
neçә on illәr ötәndәn sonra öyrәndim ki, o Roje Jilber-Lekontun
әn yaxşı dostlarından biri imiş, özü dә işә bax ki, mәn yaşda
olarkәn bir dәfә o da doktordan eynәn mәn istәyәni istәyib: xahiş
edib ki, hәrbi xidmәtdәn azad olmaq üçün ona ağ ciyәr iltihabı
keçirmәsi barәdә tibbi arayış versin.
Roje Jilber-Lekont... Hәyatının son illәrindә o, almanların işğal
etdiyi Parisdә sürünürdü. 1942-ci ilin iyulunda rәfiqәsi Ruf Kro-
nenberqi Kolliur kurortundan qayıdarkәn azad zonada hәbs
etmişdilәr. Onu sentyabrın 11-dә, Dora Brüderdәn bir hәftә әvvәl
növbәti partiya ilә sürgün etmişdilәr. Bu qız Reyxin irqi qanunları
ucbatından hardasa 1935-ci ildә, iyirmi yaşda olarkәn Kölndәn
Parisә köçmüşdü. Teatrın vә poeziyanın vurğunuydu; teatral kost-
yumlar hazırlamaq üçün xüsusi olaraq tikmә öyrәnmişdi. Parisә
gәlәn kimi Monparnasdakı şairlәrin, rәssamların arasında Roje
Jilber-Lekontla rastlaşmışdı...
Roje Jilber-Lekont hәlә dә Bardine küçәsindәki emalatxanada
yaşayırdı, amma tәk. Sonra üzbәüzdәki kafenin sahibәsi, hansısa
madam Frimanın diqqәtini cәlb etdi vә qadın onun nazını çәkmәyә
başladı. Hәmin vaxt Jilber-Lekontdan quruca kölgәsi qalmışdı.
1942-ci ilin payızında o, heysiz halda ayaqlarını sürüyә-sürüyә
ucqar qәsәbәyә, Bua-Kolomba gedirdi. Obepin küçәsindәki
hansısa doktor Breavuarın yanına gedirdi ki, bir az heroin almaq
üçün hәkimdәn resept götürsün. Bu gәzintilәr nәzәrdәn yayınmadı.
1942-ci ilin 21 oktyabrında onu tutub Sayte hәbsxanasına saldılar.
Noyabrın 19-na qәdәr hәbsxana lazaretindә yatdı. Sonra ona
gәlәn ay üçün islah mәhkәmәsinә (Parisdә, Kolombda, Bua-
Kolombda, Anyerdә “qanunsuz narkotik alışına vә qanuni әsas