Page 227 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 227
Äîðà Áðöäåð 227
olmadan heroin, morfin, kokain kimi narkotik vasitәlәrin
saxlanmasına görә…”) çağırış vәrәqi verib lazaretdәn buraxdılar.
1943-cü ilin әvvәlindә Jilber-Lekont bir müddәt Epindәki
klinikada qaldı, evә buraxılanda isә, madam Frima onu kafenin
üstündәki otaqda yerlәşdirdi. Bardine küçәsindәki emalatxanaya
buraxdığı tәlәbә qız o, klinikada yatarkәn orda bir qutu morfi
ampulu qoymuşdu. Jilber-Lekont morfinin hamısını az-az, damcı-
damcı işlәdib qurtardı. Mәn o tәlәbә qızın adını öyrәnә bilmәdim.
O, tetanusdan öldü. 1943-cü ilin 31 dekabrında. 36 yaşında.
Müharibәdәn bir neçә il qabaq onun iki şeirlәr mәcmuәsi çap
olunmuşdu. Birinin adı belәydi: “Hәyat, Sevgi, Ölüm, Boşluq vә
Külәk”.
Tanımadığım nә qәdәr dostlar mәnim doğulduğum 1945-ci
ildә artıq hәyatda yox idilәr.
Konti sahil küçәsindәki 15 nömrәli evdә, atamın 1942-ci
ildәn yaşadığı mәnzildәki – ondan bir il qabaq hәmin mәnzildә
Moris Saks qalmışdı – iki otaqdan biri mәnim uşaq otağım idi;
pәncәrәsi hәyәtә baxırdı. Moris Saks danışırdı ki, o vaxt bu
otaqlara Zebu tәxәllüslü hansısa Alberi buraxıbmış – “öz teatrını
yaratmaq istәyәn gәnc aktyor dәstәsi vә yazmaq hәvәsli gәnclәr”
daim onun qonağı olurdular. Hәmin bu Zebunun – Alber Siakininin
adı mәnim atamınkı kimiydi vә o da Salonikdәn olan italyan
yәhudilәrinin ailәsindә doğulmuşdu. Vә eynәn mәnim kimi düz
otuz ildәn sonra – 1938-ci ildә, iyirmi bir yaşında “Hallimar”
nәşriyyatında Fransua Berne tәxәllüsü ilә ilk romanını nәşr
etdirmişdi. Müharibә vaxtı Müqavimәtә daxil oldu vә almanlar
onu әlә keçirtdilәr. Fren hәbsxanasının ikinci bölmәsinin 218№-li
kamerasının divarında o, belә yazmışdı: “Zebu hәbs olunub –
10.2.44. Üç ay ciddi rejimdә saxlanılıb. Mayın 9-dan 28-nә qә-
dәr istintaq olunub. 8 iyunda, müttәfiqlәrin çıxarılmasından iki
gün sonra tibbi müayinәdәn keçib”.