Page 228 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 228
Ïàòðèê Ìîäèàíî

1944-cü il iyulun 2-dә onu növbәti partiya ilә Kompenyen
düşәrgәsinә göndәrmişdilәr, 1945-ci ilin martında isә Dahauda
ölmüşdü.

Bax belә. Demәli, Saksın qızıl fırıldaqçılarını fırlatdığı, sonradan
isә atamın özgә ad altında gizlәndiyi mәnzildә, mәnim uşaq
otağımda haçansa hәmin o Zebu mәskunlaşıbmış. Mәnim dünyaya
gәlişimdәn azca qabaq Zebu kimi neçәsi bütün bu ağırlıqları
ondan ötrü öz çiyinlәrinә götürüblәr ki, bizә әziyyәtlәrin yüngülü
qalsın. Mәn bunu hәlә on sәkkiz yaşımda, atamla birgә “salat
zәnbili”ndә polis prefekturasına gedәrkәn başa düşmüşәm – axı
bu gediş digәr gedişlәrә, olsa-olsa, yalnız yüngül bir parodiya idi.
Hәmin maşınlardaca hәmin polis mәntәqәlәrinә getmәk... axı
ordan geriyә mәnim qayıtdığım kimi piyada qayıtmırdılar!

Yadımdadır, bir dәfә (onda iyirmi üç yaşım vardı) – dekabrın
31-dә, bugünkü kimi havanın erkәn qaralan vaxtında – mәn
doktor Ferdyerә qonaq getmişdim. Bu adam özümә qarşı şübhә
vә inamsızlıq duyduğum әn ağır dövrümdә mәnә әsl sәmimiyyәt
göstәrdi. Bir nәfәrdәn eşitmişdim ki, Antonen Arqo onun Rodedәki
psixiatrik klinikasında yatırdı vә doktor çalışırdı onu müalicә
etsin. Hәmin axşamsa mәnim yaddaşıma tәsadüfi bir uyğunluq
hәkk olundu: mәn doktor Ferdyerә “Ulduz meydanı” adlı ilk
kitabımın nüsxәsini gәtirmişdim. Kitabın adından vәcdә gәlәn
doktor öz kitabxanasından boz rәngli nazik bir kitabça tapıb
mәnә göstәrdi: Rober Desnos. “Ulduz meydanı”. Rober Desnos
onun dostuydu vә doktor bu kitabı Rodedә öz vәsaiti hesabına
nәşr etdirmişdi: 1945-ci ildә – Rober Desnos Terezin düşәrgәsindә
ölәndәn bir neçә ay sonra. Hәm dә mәnim doğulduğum ildә.
Mәnimsә heç xәbәrim dә yox idi ki, Rober Desnos “Ulduz
meydanı” adlı kitab yazıb. Belә çıxırdı ki, özüm bunu istәmәsәm
dә, hәr halda, sәrlövhәni ondan çırpışdırmışdım.

İki ay qabaq bir dostum Nyu-Yorkdakı Yәhudi İnstitutunun
arxivlәrindә, işğal dövründә yaradılmış Fransa yәhudilәrinin
   223   224   225   226   227   228   229   230   231   232   233