Page 225 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 225
Äîðà Áðöäåð 225
varır, eyni zamanda da hәr kәsә yad, hәr şeyә yabançıdır. Frido
Lyampe kimi, o da 1945-ci ilin yazında Berlindә öldü. Otuz iki
yaşında. Anlaşılmazlıq ucbatından düşdüyü bu apokaliptik sal-
laqxananın son döyüşlәrinin birindә. Geyinmәyә mәcbur etdiklәri
özgә mundirindә.
Bu qәdәr yazıçının arasından mәnim yaddaşım, görәsәn, niyә
mәhz şair Roje Jilber-Lekontu seçib ayırır? Əvvәlki iki qәlәm
dostu kimi hәmin ildırım onun da başına düşmüşdü, başqalarının
sağ qalması üçün bu ildırımötürәn taleyi sanki mәhz belә “yeklәrin”
alnına yazılmışdı.
Jilber-Lekontun getdiyi yolla getmәk mәnә nәsib olub. Onun
mәn yaşda olarkәn gәzdiyi Parisin cәnub rayonlarına yolum çox
düşüb: Bryun bulvarı, Alezi küçәsi, “Primavera” mehmanxanası,
Vua-Vert küçәsi… 1938-ci ildә o, alman yәhudisi olan Ruf Kro-
nenberq adlı bir qadınla bu yerlәrdә, Orlean zastavasının yanında
yaşamışdı. 1939-cu ildә yenә onunla, amma bir az aralıda qalmışdı
– Plezans mәhәllәsindә, Bardine küçәsindәki 16-bis nömrәli evdә,
bir rәssamın emalatxanasında. Mәn bu küçәlәrdә dәfәlәrlә gәzmişәm,
ağlıma da gәlmәyib ki, bu yerlәrdә mәnә qәdәr Jilber-Lekont da
gәzib... Sağ sahildә, Kolenkur mәhәllәsindәki Monmartrda isә...
hә, 1965-ci ildә mәn bütün günümü ya Kolenkur bağının küncündәki
kafedә, ya da dalanın axırındakı mehmanxanada keçirirdim. Telefon
nömrәsi belә idi: Monmartr 42-99. Heç xәbәrim dә yox idi ki,
mәndәn otuz il qabaq burda Jilber-Lekont yaşayıb...
Jan Püiober adlı bir doktorla tanışlığım da elә onda olmuşdu:
qәti әmin idim ki, ciyәrlәrimdә lәkә var vә hәrbi xidmәtdәn azad
edilmәyim üçün ondan arayış istәmişdim. Doktor işlәdiyi Aller
meydanındakı klinikada mәni qәbula yazıb rentgenә saldı –
ciyәrlәrimdә heç nә tapılmadı. Amma orduya getmәk istәmirdim.
Müharibә-filan yox idi, sadәcә olaraq, kazarma hәyatında yaşamaq
lazım gәlәcәyini tәsәvvürümә gәtirirdim: eynәn o hәyat ki, mәn