Page 229 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 229
Äîðà Áðöäåð 229

Ümumi İttifaqının kağız-kuğuzları arasında, yüzlәrlә digәr sәnәdin
içindә belә bir mәktub tapmışdı:

“3 L/SBL/17 iyun 1942
0032
Madmazel Solomon üçün xidmәti qeyd
Cari ayın 15-dә Klinyankur mәntәqәsinin polislәri tәrәfindәn
Dora Brüder birbaşa anasına tәhvil verilmişdir.
Bunun ikinci qaçış olduğunu nәzәrә alaraq, qızı çәtin
yeniyetmәlәr üçün tәrbiyә evinә yerlәşdirmәk mәqsәdәuyğun
hesab olunur.
Atasının düşәrgәdә olduğu, anasının ağır ehtiyac şәraitindә
yaşadığı nәzәrә alınmaqla, Polis idarәsinin (Jevr sahil küçәsi)
sosial yardım bölmәsinin qadın әmәkdaşları sorğu müqabilindә
zәruri tәdbirlәr görmәyә hazırdır”.

Görünür, Dora Brüder 1942-ci il aprelin 17-dә anasının yaşa-
dığı ünvana bәrpa olunandan sonra yenidәn qaçmışdı. Bu dәfә
onun nә müddәtә qaçdığını biz heç vaxt bilmәyәcәyik. 1942-ci
ilin yazında onun qaçması nә qәdәr çәkmişdi – bir ay, ay yarım?
Bәlkә bir hәftә? Görәsәn, onu harada vә hansı şәraitdә yaxalamış,
sonra da gәtirib Klinyankur mәhәllәsindә anasına tәhvil vermişdilәr?

İyunun 7-dәn etibarәn bütün yәhudilәrin sarı ulduz gәzdirmәlәri
barәdә sәrәncam verilmişdi. Soyadı A vә B hәrflәriylә başlayanlar
öz ulduzlarını polis mәntәqәlәrindәn iyunun 2-dә almalı vә xüsusi
cәdvәllәrә qol çәkmәliydilәr. Maraqlıdır, bәs polis mәntәqәsinә
gәtirilәrkәn Dora Brüderdә ulduz vardımı? Qızın inadkarlığı vә
azad tәbiәti barәdә qohumunun dediyi sözlәri yada salanda, belә
qәnaәtә gәlirәm ki, çәtin. Üstәlik dә, çox güman ki, onun qaçmağı
iyunun әvvәlinә tәsadüf etmişdi.

Bәlkә Doranı küçәdә saxlamaları elә qızın ulduzsuz gәzmәsi
sәbәbindәn olmuşdu? Fәrqlәndirici nişanların taxılmasına dair 8
   224   225   226   227   228   229   230   231   232   233   234