Page 234 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 234
Ïàòðèê Ìîäèàíî

“Polis İdarәsinin (Jevr sahil küçәsi) sosial yardım bölmәsinin
qadın әmәkdaşları sorğu müqabilindә zәruri tәdbirlәr görmәyә
hazırdır”.

Sayı iyirmi nәfәrdәn ibarәt hәmin bu qadın әmәkdaşlar zabit
rütbәsi daşıyan qadın әmәkdaşın rәhbәrlik etdiyi müstәqil bölmә
kimi o vaxt, 1942-ci ildә jandarmeriyanın nәzdindәki yetkinlik
yaşına çatmayanların mühafizә xidmәtinin tәrkibinә daxil idilәr.
Onlardan ikisinin o vaxt çәkilmiş şәklini tapa bildim. İyirmi beş
yaşlı iki qadın. Əyinlәrindә qara – bәlkә tünd-göy? – palto,
başlarında qoşa “P” hәrfli emblemli pilotka. “PP” – yәni Polis
Prefekturası. Sol tәrәfdәki qaraşın qızın saçı çiynindәndir, әlindә
çanta tutub. Sağ tәrәfdәki qızın dodaqları deyәsәn boyalıdır.
Qaraşın qızın arxa tәrәfindә görünәn divardan iki lövhә asılıb.
Üstdәki lövhәdә yazılıb: “Sosial yardım”. Yazının aşağısında, is-
tiqamәt göstәrәn ox şәklinin altında “Qәbul saat 9.30-dan 12.00-
dәk” yazılıb. Qaraşın qızın pilotkalı başı aşağıdakı lövhәni yarı-
yacan tutub. Lövhәnin görünәn yerindә yalnız bu oxunur:

“İn… bölmәsi
MÜFƏTTİŞi”
Aşağısında da istiqamәt göstәrәn ox işarәsi: “Sağ dәhliz, qapı
№…”
Qapının nömrәsini biz heç vaxt öyrәnә bilmәyәcәyik.
Yaxşı, bәs Doranın Klinyankur mәhәllәsindә olduğu on iyun
tarixi ilә “Madmazel Solomon üçün xidmәti qeyd” göndәrilәn on
yeddi iyun tarixi arasında nә baş verib? Qızı polis bölmәsindә
anasına tәhvil veriblәr, ya yox?
Lap fәrz etsәk ki, qız polis bölmәsindәn anasıyla birgә çıxıb
vә Ornano bulvarına qayıdıb, – Ermel küçәsiylә getsәn, bu çox
uzaqda deyil, – demәli, onun arxasınca üç gün sonra gәliblәr:
madmazel Solomon Jevr sahil küçәsindәki sosial yardım bölmәsinin
qadın әmәkdaşları ilә әlaqә saxlayandan sonra.
   229   230   231   232   233   234   235   236   237   238   239