Page 238 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 238
Ïàòðèê Ìîäèàíî
gerçәyә çevrildi. Vә Dora ilk üç günü bu cansıxıcı, bu dözülmәz
ab-havada yaşadı. Hәmin bazar gününün sәhәri, hava hәlә
işıqlanmamış qız o biri dustaqlarla birgә pәncәrәdәn altmış altı
qadının avtobuslara doldurularaq necә aparıldığını gördü.
İyunun on sәkkizi, ya da on doqquzu sübh tezdәn hansısa
polis mәmuru Dora Brüderin hәbsinә dair order tәrtib etdi. Bu
harda olmuşdu – Klinyankur mәhәllәsinin polis mәntәqәsindә,
yoxsa Jevr sahil küçәsindә? Qayda üzrә iki nüsxәdә yazılmış vә
dәrhal imza-möhürlә tәsdiqlәnmiş order hәbsxana maşınının
mühafizә әsgәrinә tәqdim edilmәliydi. Maraqlıdır, mәmur orderә
öz imzasını atarkәn neylәdiyini başa düşürdümü? Amma onun
nәyindәn umasan – axı o, gün әrzindә filan qәdәr kağıza qol çә-
kirdi, hәm dә qızı polis prefekturasının yüngül әliylә göndәrdiklәri
yerin adı çox da dәhşәtli sәslәnmirdi: “Nәzarәt altındakı şәxslәrin
yerlәşdirilmә mәrkәzi”.
İyunun 22-dә, hәmin bazar günü aparılan qadınlardan bir ne-
çәsinin adını öyrәnmәk mәnә müyәssәr oldu; Dora cümә axşamı
ora gәtirilәrkәn onları görmüşdü.
Klod Bloşun otuz iki yaşı vardı. Onu Foş küçәsindә götürmüş-
dülәr – 1941-ci ildә hәbs olunmuş әri barәdә nәsә öyrәnmәk ümi-
dilә gestapoya getdiyi vaxt. Bu qadın bütün müharibәni keçdi –
dustaqların hәmin dәstәsindәn yegаnә salamat çıxan mәhz o oldu.
İyirmi bir yaşlı Jozetta Delimal. Klod Bloş onunla polis
prefekturasının nәzdindәki ilkin saxlama mәntәqәsindә tanış
olmuşdu; Turelә onları eyni gündә gәtirmişdilәr. Klod xatırlayır
ki, Jozetta “müharibәyәcәn ağır hәyat keçirmişdi; başqaları heç
olmasa xoşbәxt günlәrinin xatirәsindәn güc alıb tәsәlli tapırdılar, o
isә bundan da mәhrum idi. Yazıq tamam ruhdan düşmüşdü. Mәn
ona bacardığım qәdәr hәyan olurdum… Bir çarpayıda iki qadının
yatdığı kamerada çalışdım ki, heç olmasa bizi ayırmasınlar.
Ovsensimә qәdәr ayrılmadıq, orda isә Jozetta tezliklә tifdәn öldü...”