Page 240 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 240
Ïàòðèê Ìîäèàíî
Ena haqqında daha nә bilirәm? Demәk olar ki, heç nә: 1922-
ci ilin 11 dekabrında Prutkovda, Varşava civarında anadan olub,
Oberkampf küçәsindә yaşayıb. Mәn bu küçәdә onun yoluyla
üzüaşağı o qәdәr gәzmişәm ki!
Anneta Zelman. İyirmi bir yaşlı sarışın qız. Strasburq bulva-
rındakı 58 nömrәli evdә yaşayıb. Tibb professorunun oğlu olan
Jan Jozyon adlı gәnclә görüşürdü. Sevdiyi oğlan şair idi, ilk ya-
zılarını sürrealistlәrin “Fәnәrlәr” jurnalında dәrc etdirmişdi. Bu
jurnalı o, dostlarıyla birgә müharibәdәn әvvәl tәsis etmişdi.
Anneta Zelman. Jan Jozyon. 1942-ci ildә onları “Flora” kafe-
sindә tez-tez birlikdә görürdülәr. Bir müddәt azad zonada tәhlü-
kәsizlik şәraitindә yaşamışdılar. Sonra fәlakәt üz verdi. Onların
müsibәti bir neçә sәtirә sığışdırılıb. Bu da gestapo zabitinin
mәktubu.
“21 may 1942. Yәhudilәrlә qeyri-yәhudilәr arasında izdivaca
dair.
Mәnә mәlum olmuşdur ki, fәlsәfә fakültәsinin tәlәbәsi, Parisdә
yaşayan, xalis fransız (ari) olan 24 yaşlı Jan Jozyon Troitsa bay-
ramında Anna-Malka Zelmanla – 6 oktyabr 1921-ci ildә Nansidә
doğulmuş yәhudi qadınla nikaha girmәk niyyәtindәdir.
Jan Jozyonun valideynlәri, tәbii ki, bu nikahın әleyhinәdir,
amma oğullarına mane olmaq imkanına malik deyillәr.
Yuxarıda deyilәnlәrlә әlaqәdar qabaqlayıcı tәdbirlәr qismindә
mәn yәhudi qadın Zelmanı hәbs etmәk vә Turel düşәrgәsinә
yerlәşdirmәk barәdә göstәriş verdim...”
Vә Fransa polisindә doldurulmuş kartoçka:
“Anneta Zelman, yәhudi, 6 oktyabr 1921-ci ildә Nansidә ana-
dan olub. Fransa tәbәәsi. 23 may 1942-ci ildә hәbs olunub. 23
maydan 10 iyuna qәdәr polis prefekturasının nәzdindәki ilkin
saxlama mәntәqәsinә yerlәşdirilib, 10-12 iyunda Turel düşәrgәsinә