Page 237 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 237
Äîðà Áðöäåð 237
2. 19.6.42. 5e Sqrolis Zeliya. 4.2.26. Paris. 11-ci. Fransa
tәbәәsi. Molyer küç. 48. Montrey. Y. Dransi 13/8/42.
3. 19.6.42. İzrailoviç Raka. 19.7.24. Lodz. İn. J. (oxunmur)
küç. 26. Alman hökumәtinә tәhvil verilib. Partya 19/7/42.
4. 19.6.42. Naxmanoviç Marta. 23.3.25. Paris. Fransa tәbәәsi.
Markade küç. 258. Y. xx Dransi 13/8/42.
5. 19.6.42. 5e Pitun İvonna. 27.1.25. Əlcәzair. Fransa tәbәәsi.
Marsel-Semba küç. 3. Y. xx Dransi 13/8/42”.
Jandarmlar hәr dustağı qeydiyyat nömrәsiylә nişanlayırdılar.
439 – Doranın nömrәsi belәdir. Amma 5e nә mәna daşıyır, mәn
bunu bilmirәm. Y hәrfi – “Yәhudi” demәkdir. “Dransi 13/8/42”
demәk olar ki, hәr yerdә qeyd olunub: 13 avqust 1942-ci ildә hәlә
Tureldә olan üç yüz yәhudi qadın Dransi düşәrgәsinә göndәrilmişdi.
İyunun 19-da, cümә axşamı, Doranın Turelә gәtirildiyi gün
sәhәr yemәyindәn sonra bütün qadınları keçmiş kazarmanın
hәyәtinә yığmışdılar. Üç alman zabiti gәlmişdi. Əmr belәydi ki,
on sәkkiz yaşdan qırx iki yaşadәk bütün yәhudi qadınlar cәrgәylә
üzüdivara düzlәnsinlәr. Əlindә dustaq qadınların tam siyahısı
olan zabitlәrdәn biri onların arasında adbaad yoxlama aparmışdı.
Qalan dustaqları kameralara göndәrmişdilәr. Öz bacılıqlarından
ayrılmış altmış altı qadını böyük bir zala doldurub qapını arxadan
qıfıllamışdılar. Bayır tәrәfindә jandarmların növbә ilә keşik çәk-
diklәri otaqda heç nә yox idi – nә çarpayı, nә stul. Vә o yazıqları
orda düz üç gün belәcә saxlamışdılar.
22 iyun, bazar günü, sәhәr saat beşdә Dransi düşәrgәsinә
aparmaq üçün qadınların dalınca avtobuslar gәlmişdi. Elә hәmin
gün onlar doqquz yüz nәfәrdәn artıq dustaq partiyasının tәrkibindә
deportasiya olunmuşdular. İlk dәfәydi ki, Fransadan göndәrilәnlәrin
arasında qadınlar vardı. İndiyәcәn sorağı hardasa uzaqlardan
gәlәn – haqqında susmağa üstünlük verdiklәri vә hәrdәnbir hәtta
yerli-dibli unutduqları tәhlükә Tureldәki yәhudi qadınlar üçün