Page 232 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 232
Ïàòðèê Ìîäèàíî
Bu gün saat on dörd rаdәlәrindә anasının yaşayış yeri üzrә
ünvanda, aşağıdakı şәraitdә hәbs olunub.
Göstәrilәn ünvandakı evdә axtarış apararkәn Luiza Yakobson
öz otağına girdi vә biz onun üstündә alman göstәrişinә әsasәn,
gәzdirmәli olduğu fәrqlәndirici nişanın olmadığını gördük.
O, bizә bildirdi ki, bu gün evdәn sәhәr saat sәkkiz otuzda çıxıb
vә Klovis küçәsinә, IV Henrix liseyinә mühazirә dinlәmәyә gedib.
Sonradan adıçәkilәn gәnc qadının qonşuları bizә bildirdilәr
ki, bu gәnc qadın evdәn tez-tez fәrqlәndirici nişansız çıxır.
Luiza Yakobsonun adına bizim İdarәnin arxivlәrindә, hәmçinin
qanun pozucularının kartotekasında rast gәlinmir”.
“17 may 1944. Dünәn, saat 22.45-dә 18-ci dairәnin iki polis
müfәttişi Fransa tәbәәsi olan yәhudini, 25 mart 1925-ci ildә Pari-
sin 10-cu dairәsindә doğulan vә Rüiso küçәsi, 40-bis (18-ci
dairә) ünvanında yaşayan Barmann Jülü hәbs etmişlәr. Üstündә
sarı ulduzu olmayıb, saxlanan zaman qaçmağa cәhd göstәrib.
Polislәr onun arxasınca üç dәfә atәş açıblar, ancaq yaralaya bil-
mәyiblәr, bundan sonra onu gizlәnmәyә çalışdığı Şarl-Nodye
küçәsindәki (18-ci dairә) 12 nömrәli evin doqquzuncu mәrtәbәsindә
әlә keçiriblәr”.
Amma әgәr “madmazel Solomon üçün xidmәti qeydә” inansaq,
belә çıxır ki, Dora Brüder birbaşa anasına tәhvil verilib. Ulduz
taxırdı, ya taxmırdı, – anası o vaxtacan yәqin, bir hәftәydi taxırdı,
– bu o demәkdir ki, hәmin gün Klinyankur polis sahәsinin
müfәttişlәri üçün Dora ilә hәr hansı evdәn qaçan yeniyetmә
arasında heç bir fәrq yox idi. Hәrçәnd “madmazel Solomon üçün
xidmәti qeyd” polislәrin öz quraması deyildisә.
Bu madmazel Solomonun heç bir izini axtarıb tapmaq mәnә
müyәssәr olmadı. Sağdırmı görәsәn? Hәr şeydәn göründüyü
kimi, o, VSEF-dә – işğal dövründә yәhudi icmalarına kömәk