Page 231 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 231
Äîðà Áðöäåð 231
Tangi vә Enneken cәnabları tәrәfindәn yerlәrә paylanmış vә
hәr şeyin çox aydın, çox әtraflı şәkildә yazıldığı tәlimata әsasәn
hәmin iyun günlәrindә Dora kimi yüzlәrlә yeniyetmә küçәlәrdә
hәbs olunmuşdu. Onlar İlkin saxlama mәntәqәsindәn, sonra
Dransidәn keçmişdilәr; son mәntәqә isә – Osvensim olmuşdu.
Aydındır ki, nüsxәsi c-b Ruya göndәrilәn “üzәrindә ad yazılmış
xüsusi orderlәr” müharibәdәn sonra mәhv edilib. Ola bilsin, heç
onları saxlamırdılar da, yığılıb qalandıqca topaları bir ucdan
mәhv edirdilәr. Amma hәr necә olsa, diqqәtdәn yayınan hansısa
sәnәdlәr salamat qalmışdı.
“25 avqust 1942-ci il tarixli Protokol
25 avqust 1942.
Yәhudi fәrqlәndirici nişanını taxmadığına görә aşağıda adı
çәkilәnlәr ilkin saxlama mәntәqәsinә göndәrilmişlәr:
Sterman Ester, 13 iyun 1926-cı ildә Parisin 12-ci dairәsindә
anadan olub; bu ünvanda yaşayır: Fran-Burjua küçәsi, 42 – 4-cü
dairә.
Rotşteyn Benjamen, 19 dekabr 1922-ci ildә Varşavada anadan
olub; bu ünvanda yaşayır: Fran-Burjua küçәsi, 5. Ümumi İnfor-
masiya İdarәsinin 3-cü bölmәsinin müfәttişlәri tәrәfindәn Austerlit
vağzalında hәbs olunub”.
Bu da 1 sentyabr 1942-ci il tarixli polis raportu:
“Müfәttişlәr Kürinye vә Lazal tәrәfindәn Xüsusi tәyinatlı
Şöbәnin rәisi, cәnab böyük komissara.
İyirmi dörd dekabr min doqquz yüz iyirmi dördüncü ildә
Parisin on ikinci dairәsindә anadan olmuş (…), milliyyәti yәhudi,
min doqquz yüz iyirmi beşinci ildәn Fransa tәbәәsi olan, әrdә ol-
mayan Yakobson Luizanı sizin sәrәncamınıza göndәririk.
11-ci dairәdә, Bulla küçәsi, 8 ünvanında, anasının yanında
yaşayır; tәlәbәdir.