Page 235 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 235
Äîðà Áðöäåð 235

Amma nәyә görәsә mәnә elә gәlir ki, hәr şey heç dә bu cür
sadә olmayıb. Mәn tez-tez Ermel küçәsiylә o baş-bu başa gedib-
gәlirәm – hәm Monmartr istiqamәtindә, hәm Ornano bulvarına
tәrәf. Vә gözlәrimi lap nә qәdәr yumulu saxlasam da, Doranın
anasıyla birgә qızmar iyun günәşinin altında gәzintiyә çıxıblarmış
kimi, bu küçәylә öz mehmanxanalarına getdiklәrini heç cür
tәsәvvürümә gәtirә bilmirәm.

Düşünürәm ki, iyunun 15-dә Klinyankur mәhәllәsindәki polis
mәntәqәsindә mexanizm artıq işә düşmüşdü vә nә Dora, nә dә
onun anası buna qarşı daha heç bir şey edә bilmәzdilәr. Belә
alınıb ki, uşaqlara onların valideynlәrindәn daha çox şey lazımdır
vә dәrd-bәla ilә rastlaşarkәn uşaqlar daha kәskin, daha qızğın
müqavimәt göstәrirlәr. Bu mәsәlәdә onlar ata-analarını çox, çox
geridә qoyurlar. Vә valideynlәr övladlarını qoruya bilmirlәr.

Polis müfәttişlәrinin vә madmazel Solomonun qarşısında,
polis prefekturasının nәzdindәki Sosial yardım şöbәsinin qadın
әmәkdaşları qarşısında, alman tәlimatları vә fransız qanunları
qarşısında necә gücsüz, nә qәdәr müdafiәsiz olduğunu “ağır eh-
tiyac içindә” yaşayan, sarı ulduzla gәzәn vә әri Dransi düşәrgәsindә
olan Sesil Brüder yәqin ki, öz üzәrindә hiss edirdi. Vә çox eh-
timal ki, Doranın – valideynlәri ilә birgә düşdüyü toru yırtıb çıx-
mağa dәfәlәrlә cәhd göstәrmiş öz inadkar qızının qarşısında da o
özünü bu cür itirirdi.

“Bunun ikinci qaçış olduğunu nәzәrә alaraq, qızı çәtin yeni-
yetmәlәr üçün tәrbiyә evinә yerlәşdirmәk mәqsәdәuyğun hesab
olunur”.

Ola bilәr ki, qaydada nәzәrdә tutulduğu kimi, Doranı Klinyankur
mәhәllәsindәki polis sahәsindәn prefekturanın nәzdindәki ilkin
saxlama mәntәqәsinә aparmışdılar. Bu halda, ona tavana bitişik
dәmir barmaqlı pәncәrәsi olan böyük kamera da, taxt da, üstündә
yәhudi qadınların vә fahişәlәrin, “cinayәt” әmәli törәdәnlәrin vә
   230   231   232   233   234   235   236   237   238   239   240