Page 239 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 239
Äîðà Áðöäåð 239
Jozetta Delimalın barәsindә mәnim az-çox bildiyim budur.
Amma daha çox şey bilmәk istәrdim.
Tamara İserli. İyirmi dörd yaşı vardı. Tibb tәlәbәsiydi. Onu
metronun “Klyuni” stansiyasında hәbs etmişdilәr – o sәbәbdәn
ki, “David ulduzu altında Fransa bayrağı” gәzdirirdi. Qızın
salamat qalmış şәxsiyyәt vәsiqәsindәn mәlum olur ki, Son-Kluda,
Buzenval küçәsi, 10 ünvanında yaşayıb. Girdә sifәti, açıq-şabalıdı
saçları, qara gözlәri var.
İda Levina. İyirmi doqquz yaşında. Ondan bir neçә mәktub
qalıb. Mәktubları ilkin saxlama mәntәqәsindәn, sonra Tureldәn
yazmışdı. Axırıncı mәktubu Bar-le-Dük stansiyasında vaqondan
yerә tullamışdı, dәmiryolçular da götürüb yazıldığı ünvana gön-
dәrmişdilәr. Mәktubda İda yazır: “Mәn bilmirәm bizi hara apa-
rırlar, amma qatar üzü şәrqә gedir – yәqin, uzağa aparırlar…”
Ena. Onu yalnız adıyla çağıracam. Yaşı on doqquz idi. Mәnzil
oğurluğu üstündә hәbs olunmuşdu – rәfiqәsiylә birgә o vaxtın
puluyla әlli min frank vә zinәt әşyası çırpışdırmışdı. Yәqin, bu
pulla Fransadan getmәk, hәyatının başı üzәrindәn asılmış tәhlükәdәn
qaçmaq istәyirdi. Onu cinayәt maddәsi üzrә mühakimә etmiş vә
qarәtçiliyә görә iş vermişdilәr. Amma adi hәbsxanaya yox, birbaşa
Turelә göndәrmişdilәr, neyçün ki, yәhudi idi. Onun yerindә mәn
dә oğurluğa gedәrdim. Elә atam da 1942-ci ildә dostlarıyla birgә
Qrand-Arme küçәsindәki SKF kompaniyasının anbarından oğurluq
etmişdi; oğurladıqları malı Oş küçәsindәki qanunsuz dükanlarına
aparmaq üçün onlar hәtta yük maşını da tapmışdılar. Alman
tәlimatları, Vişi hökumәtinin qanunları vә qәzet mәqalәlәri onları
әlçatmaz cinayәtkarlara tay etmişdi – demәli, onlar yaşamaq
üçün qanunu saymamaqda haqlıydılar vә özlәriylә fәxr edә
bilәrlәr. Elә mәn dә buna görә onları sevirәm.