Page 242 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 242
Ïàòðèê Ìîäèàíî

Mәktub digәr sәnәdlәrlә birgә satışa çıxarılmışdı, bu isә o
demәkdir ki, mәktub sahibinin nә adresatı, nә dә yaxınları sağ
deyil. Hәr iki üzü xırda xәtlә yazılıb doldurulmuş nazik dördbucaq
kağız. Bu mәktubu hansısa Robber Tartakovski Dransi düşәrgәsindә
yazmışdı. Mәn onun haqqında bәzi şeylәr öyrәnә bildim: 24
noyabr 1902-ci ildә Odessada doğulmuşdu, müharibәyә qәdәr
“İllüstrasyon” incәsәnәt jurnalında Xronika şöbәsinin rәhbәri
olmuşdu.

Bu gün, çәrşәnbә günü,1997-ci ilin 29 yanvarında, әlli ildәn
sonra mәn oturub hәmin mәktubun üzünü köçürürәm.

“19 iyun 1942. Cümә.
Madam TARTAKOVSKİ.
Qodfrua-Kavenyak küçәsi, 50,
Paris, XI dairә.
Srağagün adımı aparılanların sırasında çәkdilәr. Mәn mәnәvi
cәhәtdәn buna çoxdan hazır idim. Düşәrgә vәlvәlә içindәdir:
ağlayan kim, qorxuya düşәn kim. Mәni yalnız bir şey narahat
edir: çoxdan xahiş etdiyim paltarları gәtirib çıxartmadılar. Ora
talon da göndәrmişәm – doğrudanmı gözlәdiyim şeylәri vaxtında
ala bilmәyәcәm? Qoy anam narahat olmasın. Elә o birilәr dә.
Çalışaram sağ-salamat qayıdım. Hәtta mәktub almasanız da,
narahat qalmayın, uzaqbaşı Qırmızı Xaça müraciәt edin. Sen-
Lamber (XV dairәnin meriyası) polis mәntәqәsindәn tәlәb edin,
qoy 3/5 ayda aldıqları sәnәdlәri qaytarsınlar. Ən çox da 10107
nömrәli könüllülük vәsiqәmlә maraqlanın, bilmirәm vәsiqә
düşәrgәdәdirmi; bilmirәm onu mәnә qaytaracaqlar, ya yox.
Zәhmәt olmasa, Albertinanın ottiskini madam BİANOVİÇİyә
aparın. Paris, XI dairә, Degerri küçәsi, 11. Bu, sex yoldaşlarımdan
biri üçündür. Bu xanım sizә min iki yüz frank verәcәk. Qabaqca
onu mәktubla xәbәrdar edin. Bizim heykәltәraşı “Trua Kartye”
qalereyasına dәvәt edәcәklәr, mәn c-b Hompellә danışmışam. O
   237   238   239   240   241   242   243   244   245   246   247