Page 245 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 245
Äîðà Áðöäåð 245

ilk gündәn şokolad, konserv, hisә verilmiş kolbasa ehtiyatını qo-
ruyuram. Arxayın olun ki, hәr zaman sizi düşünәcәm. Hә,
“Petruşka” valları, mәn onları 28/7 münasibәtilә Martaya hәdiyyә
etmәk istәrdim, tam yazılış 4 valdadır. Dünәn axşam B. ilә gö-
rüşdüm, ona xidmәtlәrinә görә tәşәkkürümü bildirdim, o bilir ki,
mәn burda nüfuzlu adamlardan heykәltәraş işlәri barәdә xahiş
etmişәm. Axırıncı şәkillәr mәni sevindirdi, onları B.-yә göstәrmәdim,
üzr istәdim ki, işin fotolarını bağışlaya bilmәrәm, amma onları
hәmişә mәndәn xahiş edә bilәr, ona belә dedim. Leruanın işlәrini
çox sevirәm, әgәr öz vasitәlәrimlә onların nüsxәsini çıxara
bilsәydim özümü xoşbәxt sayardım. Hәtta gedişimizә bir neçә
saat qalmış da bu barәdә düşünmәyә bilmirәm.

Xahiş edirәm, anamı baxımsız qoymayın, amma qoy bu sizi
şәxsi işlәrinizdәn ayırmasın, yәqin nә dediyimi başa düşürsünüz.
Mәnim xahişimi İrenә çatdırın, o, qonşuluqda yaşayır. D-r Andre
ABADİyә zәng vurmağa çalışın (әgәr hәlә Parisdәdirsә). Andreyә
deyin ki, artıq ünvanını bildiyi adamla mәn mayın 1-dә görüşdüm,
3-dә isә hәbs olundum (bu, tәsadüfdürmü?). Mәnim qatmaqarışıq
mәktubum Sizi yәqin ki, tәәccüblәndirәcәk, amma şәrait çox
ağırdır. 6.30-dan. Özümlә götürmәdiklәrimin hamısını mәn indi
geri göndәrmәliyәm, qorxuram çox şey yığmış olam. Casuslar
keflәri istәyәni elәyir, yer çatmasa, ya da sinәlәrinә yatmasa, lap
әn axırıncı dәqiqәdә dә çamadanı götürüb tullaya bilәrlәr (onlar
yәhudilәrin işi üzrә polisdәndir, bunun nә demәk olduğunu
özünüz bilirsiniz). Amma eybi yox, bәlkә dә belә yaxşıdır. İndi
artıq şeylәri çeşidlәyib qablaşdırmalıyam. Əgәr mәndәn mәktub
gәlmәsә, tәlaşa düşmәyin, hәyәcanlanmayın, sәbirlә gözlәyin,
inanın mәnә, inanın. Anama deyin ki, mәnimçün yaxşısı ora
getmәkdir, mәn axı Heçyerә necә göndәrdiklәrini görmüşәm
(bunu sizә danışmışdım). Ən pisi qәlәmdәn ayrı düşmәkdir,
adamın bir vәrәq kağıza hüququnun olmamasıdır (mәzәlidir,
   240   241   242   243   244   245   246   247   248   249   250